Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2024 , 11:28

230

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov:  “Ölkəmizin üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməsinə bələdiyyələrdə  öz layiqli töhfəsini verəcəkdir”

11-22 noyabr tarixlərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edir. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk olaraq Azərbaycanda baş tutur.  COP29-dan əsas gözlənti  isə iqlim maliyyəsi ilə bağlı ədalətli  Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə 14 təşəbbüs irəli sürülüb. İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Mövzu ilə əlaqəli Belediyye.infoya açıqlama verən Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov qeyd edib ki, “196 ölkədən  72 min iştirakçının qatıldığı COP29 Azərbaycanın növbəti uğuru  olacaq. İştirakçılar  sırasında 80 prezident, vitse-prezident və Baş nazir var. Əvvəlcə onu deyim ki, dünya ölkələrinin liderlərinin COP29 sammitində iştirakı Azərbaycana və onun yaşıl enerji sahəsindəki fəaliyyətinə hörmətdən irəli gəlir. Bu, Azərbaycana, dövlət başçısı İlham Əliyevə böyük etimadın göstəricisidir. Dünya liderlərinin COP29-dan daha böyük gözləntiləri də Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə, dayanıqlı inkişafa  malik olmasından irəli gəlir. 

Bu gün artıq yeddinci gündür ki, paytaxtımızda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla davam etdirir. Mözu ətrafında ciddi müzakirələr gedir. İnanıram ki, dünya ölkələrini Bakıya yığan COP29 qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin roluna,  Azərbaycanın bu istiqamətdə töhfələrinə  hələ uzun müddət işıq salacaq.

COP 29 sədrliyi dövründə ölkəmizin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün bir sıra ciddi layihələrin icrasını həyata keçirəcək.  Biz bələdiyyələrdə bu layihələrin icrasına öz layiqli  töhfəmizi verməyə borcluyuq. Odur ki, indidən büdcə layihələrinin müzakirəsi zamanı bu məqamları nəzərə almalıyıq”

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər