Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-10-2026 , 09:43

106

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Vergi daxilolmalarının həcmi açıqlanb: fərqli rəqəmlər, fərqli nəticələr var

Bakı şəhərində fəaliyyət göstərən əsasən rayon bələdiyyələri üzrə doqquzaylıq  vergi daxilolmalarının artım göstəriciləri açıqlanıb. 2025-ci illə müqayisədə 2026-cı ildə vergi daxilolmalarının artım tempinə görə ən yüksək göstərici Nizami bələdiyyəsində qeydə alınıb. Belə ki, hesabat dövründə bələdiyyənin vergi daxilolmaları əvvəlki illə müqayisədə 63 faiz artıb.

Bu barədə Bələdiyyə.infoya Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının (ABMA) “Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi”ndən məlumat verilib.

Məlumata əsasən, doqquz aylıq hesabat dövründə Bakı şəhərinin digər bələdiyyələrində də vergi daxilolmalarında müxtəlif səviyyələrdə artım müşahidə olunub. Belə ki, Nəsimi bələdiyyəsində vergi daxilolmaları 23 faiz, Binəqədi bələdiyyəsində 20 faiz, Xətai bələdiyyəsində 19 faiz, Səbail bələdiyyəsində 18 faiz, Yasamal bələdiyyəsində 13 faiz artıb. Nərimanov bələdiyyəsində isə artım 2 faiz təşkil edib.

Qeyd olunan göstəricilər bələdiyyələr üzrə vergi daxilolmalarının artım tempinin fərqli olduğunu göstərir. Bu baxımdan, Nizami bələdiyyəsində qeydə alınan 63 faizlik artım digər sadalanan bələdiyyələrin göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənir.

Bununla yanaşı, vergi daxilolmalarının artım faizi ilə büdcəyə daxil olan vəsaitin ümumi həcmini fərqləndirmək vacibdir. Belə ki, Nərimanov bələdiyyəsində vergi daxilolmalarının artımı cəmi 2 faiz olsa da, büdcəyə daxil olan vəsaitin mütləq həcminə görə bələdiyyə ilk sırada qərarlaşıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər