Qaraçuxur bələdiyyəsində "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim üçün sülh artıq reallıqdır. Biz regionda və dünyada davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin olunması üçün sülh gündəliyinə sadiqik."
Birləşmiş
Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi
ilə təsis edilən və 7 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr
tarixi qlobal atəşkəs və zorakılıqdan imtina günü kimi elan olunmuşdur.
Müasir
dünyamızın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar
böhranlar, məcburi yerdəyişmələr, zorakılıq və ayrı-seçkilik insan hüquqlarının
həyata keçirilməsinə ciddi təhlükələr yaradır. Belə bir mürəkkəb dövrdə davamlı
sülhün təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də sülh dəyərlərinin
təşviq olunması bəşəriyyət üçün prioritet vəzifəyə çevrilmişdir.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Beynəlxalq Sülh
Günü münasibətilə elan etdiyi "Sülh Ayı" çərçivəsində ölkəmizdə insan
hüquqlarının etibarlı qorunması, sülh mədəniyyətinin gücləndirilməsi və sosial
həmrəyliyin artırılması istiqamətində mühüm maarifləndirmə tədbirləri həyata
keçirilir.
Bu ali və
humanist dəyərləri rəhbər tutaraq, Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfovun dəstəyi
ilə komandamız da "Sülh Ayı" çərçivəsində fəal iştirakını
sürdürür. İxtiyar müəllimin rəhbərliyi altında həyata keçirdiyimiz layihələrdə
cəmiyyətdə insan hüquqlarına hörmət, birgəyaşayış və sülh dəyərlərinin təbliğ
olunması əsas məqsədlərimizdən biridir.
Biz
inanırıq ki, davamlı sülhün və təhlükəsizliyin təmin olunması yalnız hüququn
aliliyinə, insan ləyaqətinə hörmətə və səmimi dialoqa əsaslanmalıdır.
Qaraçuxur Bələdiyyəsi
Rəylər
0 Rəy