Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2026 , 12:57

180

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qaraçuxur bələdiyyəsində "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Bizim üçün sülh artıq reallıqdır. Biz regionda və dünyada davamlı sülhün, təhlükəsizliyin, əməkdaşlığın təmin olunması üçün sülh gündəliyinə sadiqik."

​Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 30 noyabr 1981-ci il tarixli qətnaməsi ilə təsis edilən və 7 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə 21 sentyabr tarixi qlobal atəşkəs və zorakılıqdan imtina günü kimi elan olunmuşdur. 

​Müasir dünyamızın müxtəlif bölgələrində davam edən silahlı münaqişələr, humanitar böhranlar, məcburi yerdəyişmələr, zorakılıq və ayrı-seçkilik insan hüquqlarının həyata keçirilməsinə ciddi təhlükələr yaradır. Belə bir mürəkkəb dövrdə davamlı sülhün təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, eləcə də sülh dəyərlərinin təşviq olunması bəşəriyyət üçün prioritet vəzifəyə çevrilmişdir. 

​Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Beynəlxalq Sülh Günü münasibətilə elan etdiyi "Sülh Ayı" çərçivəsində ölkəmizdə insan hüquqlarının etibarlı qorunması, sülh mədəniyyətinin gücləndirilməsi və sosial həmrəyliyin artırılması istiqamətində mühüm maarifləndirmə tədbirləri həyata keçirilir. 

​Bu ali və humanist dəyərləri rəhbər tutaraq, Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfovun  dəstəyi  ilə komandamız da "Sülh Ayı" çərçivəsində fəal iştirakını sürdürür. İxtiyar müəllimin rəhbərliyi altında həyata keçirdiyimiz layihələrdə cəmiyyətdə insan hüquqlarına hörmət, birgəyaşayış və sülh dəyərlərinin təbliğ olunması əsas məqsədlərimizdən biridir. 

​Biz inanırıq ki, davamlı sülhün və təhlükəsizliyin təmin olunması yalnız hüququn aliliyinə, insan ləyaqətinə hörmətə və səmimi dialoqa əsaslanmalıdır.

Qaraçuxur Bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər