Ramil Hüseynov: “Son üç ildə büdcə gəlirlərində 80 faizlik artım müşahidə olunub”
“2024-ci illə müqayisədə cari ilin ilk altı ayında vergi xidmətinin sistemli və səmərəli fəaliyyəti sayəsində bələdiyyənin büdcə gəlirlərində 80 faizlik artım müşahidə olunub”-bu fikirləri Belediyye.infoya Qaradağ rayonu, Sahil bələdiyyəsinin sədri Ramil Hüseynov deyib.
Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki,
2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 40.131 manat
vəsait daxil olub ki, onunda 36.118 manatı əmlak vergisindən, 4.013 manatı
torpaq vergisindən əldə olunub.
2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 46.550 manat
vəsait daxil olub ki, onunda 35.236 manatı əmlak vergisindən, 11.314
manatı torpaq vergisindən vəsait daxil olub.
2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 72.400 manat
vəsait daxil olub ki, onunda 65.160 manatı əmlak vergisindən, 7.240 manatı
torpaq vergisindən əldə edilib.
Sədr qeyd edib ki, Sahil bələdiyyəsi qarşıdakı
dövrdə də yerli büdcə gəlirlərinin artırılması, vergi bazasının genişləndirilməsi,
sosial müdafiə tədbirlərinin davam etdirilməsi, qəsəbədə abadlıq və
infrastruktur layihələrinin həyata keçirilməsi, əhaliyə göstərilən xidmətlərin
keyfiyyətinin yüksəldilməsi və yerli özünüidarəetmə prinsiplərinin daha da təkmilləşdirilməsi
istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcəkdir.
Hesabat dövründə daxil olmuş maliyyə vəsaitləri bələdiyyənin fəaliyyətinin təmin edilməsinə, inzibati xərclərin maliyyələşdirilməsinə, qəsəbə ərazisində abadlıq işlərinin görülməsinə, sosial yönümlü layihələrin həyata keçirilməsinə, aztəminatlı ailələrə və şəhid ailələrinə göstərilən yardımlarana yönəldilmişdir.
Belediyye.info
Rəylər
0 Rəy