Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-07-2026 , 14:37

85

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Bələdiyyə tərəfindən rayon ərazisində  ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir”

“Xətai rayonunda ətraf mühitin mühafizəsi, yaşıllıq zoıaqlarının qorunması, sakinlər üçün sağlam və təmiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Xətai bələdiyyəsi tərəfindən  mütəmadi olaraq tədbirləri həyata keçirilir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.

Sədr qeyd edib ki, bu isti    qamətdə bələdiyyənin ötən il aldğı iyirmi tonluq yeni  su maşınları vasitəsilə park və istirahət guşələrində, məhəllədaxili ərazilərdə, yolkənarı yaşıllıq zolaqlarında, ağac və dekorativ bitkilərin əkildiyi sahələrdə suvarma işləri müntəzəm qaydada təşkil olunur.

Bələdiyyənin əməkdaşları tərəfindən ağaclara, dekorativ bitkilərə və yaşıllıq sahələrinə müntəzəm qulluq göstərilir, suvarma işləri təşkil edilir və ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir. Bu fəaliyyət şəhər mühitinin daha sağlam, gözəl və yaşıl olmasına, eyni zamanda sakinlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verir.

Sədr onu da qeyd edib ki, görülən bütün işlər, həyata keçirilən  hər bir layihə  qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir.  Bələdiyyənin səlahiyyətlərinə aid məsələlər bələdiyyə iclaslarında müzakirə edilir, qəbul olunan qərarlar əsasında tədbirlər planı müəyyənləşdirilir və aidiyyəti əməkdaşlar tərəfindən həmin qərarların icrası təmin olunur.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər