Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad bələdiyyələrinin fəaliyyəti niyə sual altındadır?
Qaradağ rayonunda formalaşan yeddi bələdiyyədən yalnız ikisinin fəaliyyətinin diqqəti çəkməsi təəssüf doğurur. Bu gün etiraf etməliyik ki, yalnız Sahil və Qobustan bələdiyyələrinin fəaliyyəti diqqəti çəkir. Sahil bələdiyyəsinin əvvəlki beş ildə DSMF borcunun bağlanılması təqdirəlayiq haldır. Əvvəlki beş ildəki dövrdə Sahil bələdiyyəsinin kollektivinin səmərəli fəaliyyəti nəticəsində 40 min manata yaxın borcun silinməsi bütün hallarda təcrübəsi yayıla biləcək bir məqamdır.
Fəaliyyəti
hiss olunmayan “beşliyə” isə Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad bələdiyyələri aid edilir.
Bəzi məqamlara
aydınlıq gətirmək istərdim.
Bu gün Qızıldaş
bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyevdir. Bundan əvvəl isə Korgöz bələdiyyəsinin
sədri olub. Sonuncu bələdiyyə seçkilərindən
sonra Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin
əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi
formalaşdırılıb. Əlavə edim ki, uzun illər bələdiyyə sahəsində çalışan sədr
Rövşən Əbdülbağıyev passiv fəaliyyəti ilə
seçilib. Qızıldaş bələdiyyəsi tərəfindən hesabatlılıq və şəffaflıq prinsiplərinin
hansı forma və məzmunda qorunması sual altındadır.
Lökbatan
bələdiyyəsinin sədri isə Tahir Abbasovdur. Əvvəllər Fatmayı bələdiyyəsində bələdiyyə
qulluqçusu kimi çalışıb. Bələdiyyə sədri olaraq digər bələdiyyələrin ərazilərində
söküntü işlərinin icraçısı kimi çıxış etdiyi deyilir. Bu məlumatın bir neçə istiqamətdə öz təsdiqi tapması təəssüf doğurur.
Çünki bələdiyyə sədrinin bu prosesə qoşulması, habelə maraq göstərməsi qəbul
edilən deyil. Bələdiyyə sədrinin qanunvericilik qaydasında üzərinə düşən vəzifələri
var və sədr bu vəzifələrin icrası ilə məşğul olmalıdır. Nə isə...
Ələt bələdiyyəsinin
sədri Naidə Məmmədovadır. Hiss
olunur ki, işləmək istəyr. Ancaq istək olsa da, fəaliyyəti ilə bağlı məlumat
paylaşılmır.
Səngəçal bələdiyyəsinin sədri Nəzrin Soltanova vəzifəsindən
istefa verib. Hazırda onun digər bir bələdiyyənin vergi xidmətində çalışdığı
deyilir. Bu gün Səngəçal bələdiyyəsinin sədri vəzifəsinin icrası
müvəqqəti olaraq sədr müavini Zöhrab Babayevə həvalə edilib. Əlavə
edim ki, Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ,
Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi formalaşdırılıb. Səngəçal bələdiyyəsi
tərəfindən də hesabatlılıq və şəffaflıq prinsiplərinin hansı forma və məzmunda
qorunması sual altındadır.
Müşfiqabad bələdiyyəsinin sədri vəzifəsini bu gün Tərlan Məmmədov icra edir. Bələdiyyənin
əvvəlki illərdə kifayət qədər DSMF borcunun olduğu deyilir. Təəssüf ki, indiyədək
bu bələdiyyəyə seçilənlər bələdiyyənin borcunun bağlanılıması ilə bağlı addım
atmayıblar. Borc varsa demək, fəaliyyət yoxdur. Fəaliyyət yoxdursa, demək bələdiyyənin
ərazidə çəki və nüfuzu da yox səviyyəsindədir.
Təəssüf hissi doğuran ikinci bir məqam isə RİH rəsmilərinin
baş verən proseslərə müşahidə mövqeyində dayanmasıdır. Hər halda rayonda
formalaşan yeddi bələdiyyədən beşinin fəaliyyətsiz olması hər kəsdə narahatlıq
yaratmalıdır. Nəzərə alaq ki, artıq sonuncu seçkidən ilyarım müddət keçib.
Hər halda düşünməyə dəyər.
PS. Bütün tərəflərin fikirlərini paylaşamağa hazırıq
Belediyye.info
Rəylər
0 Rəy