Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-06-2026 , 21:05

145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad  bələdiyyələrinin fəaliyyəti niyə sual altındadır?


 Qaradağ rayonunda formalaşan yeddi bələdiyyədən yalnız ikisinin fəaliyyətinin diqqəti çəkməsi təəssüf doğurur. Bu gün etiraf etməliyik ki, yalnız Sahil və Qobustan bələdiyyələrinin fəaliyyəti diqqəti çəkir. Sahil bələdiyyəsinin əvvəlki beş ildə DSMF borcunun bağlanılması təqdirəlayiq haldır. Əvvəlki beş ildəki dövrdə Sahil bələdiyyəsinin kollektivinin səmərəli  fəaliyyəti nəticəsində 40 min manata yaxın borcun silinməsi bütün hallarda təcrübəsi yayıla biləcək bir məqamdır.

Fəaliyyəti hiss olunmayan “beşliyə” isə Qızıldaş, Lökbatan, Ələt, Səngəçal və Müşfiqabad  bələdiyyələri aid edilir.

Bəzi məqamlara aydınlıq gətirmək istərdim.

Bu gün Qızıldaş bələdiyyəsinin sədri Rövşən Əbdülbağıyevdir. Bundan əvvəl isə Korgöz bələdiyyəsinin sədri olub. Sonuncu  bələdiyyə seçkilərindən sonra Korgöz, Qızıldaş və Puta bələdiyyələrinin əhatə etdiyi Korgöz, Qızıldaş, Puta və Şonqar qəsəbələrində Qızıldaş bələdiyyəsi formalaşdırılıb. Əlavə edim ki, uzun illər bələdiyyə sahəsində çalışan sədr Rövşən Əbdülbağıyev passiv  fəaliyyəti ilə seçilib. Qızıldaş bələdiyyəsi tərəfindən hesabatlılıq və şəffaflıq prinsiplərinin hansı forma və məzmunda qorunması sual altındadır.

Lökbatan bələdiyyəsinin sədri isə Tahir Abbasovdur. Əvvəllər Fatmayı bələdiyyəsində bələdiyyə qulluqçusu kimi  çalışıb.  Bələdiyyə  sədri olaraq digər bələdiyyələrin ərazilərində söküntü işlərinin icraçısı kimi çıxış etdiyi deyilir. Bu məlumatın bir neçə  istiqamətdə öz təsdiqi tapması təəssüf doğurur. Çünki bələdiyyə sədrinin bu prosesə qoşulması, habelə maraq göstərməsi qəbul edilən deyil. Bələdiyyə sədrinin qanunvericilik qaydasında üzərinə düşən vəzifələri var və sədr bu vəzifələrin icrası ilə məşğul olmalıdır. Nə isə...

Ələt bələdiyyəsinin sədri Naidə Məmmədovadır. Hiss olunur ki, işləmək istəyr. Ancaq istək olsa da, fəaliyyəti ilə bağlı məlumat paylaşılmır.

Səngəçal bələdiyyəsinin sədri Nəzrin Soltanova vəzifəsindən istefa verib. Hazırda onun digər bir bələdiyyənin vergi xidmətində çalışdığı deyilir. Bu gün Səngəçal bələdiyyəsinin sədri vəzifəsinin  icrası  müvəqqəti olaraq  sədr müavini Zöhrab Babayevə həvalə edilib. Əlavə edim ki, Çeyildağ, Sanqaçal və Ümid bələdiyyələrinin əhatə etdiyi Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində Sanqaçal bələdiyyəsi formalaşdırılıb. Səngəçal bələdiyyəsi tərəfindən də hesabatlılıq və şəffaflıq prinsiplərinin hansı forma və məzmunda qorunması sual altındadır.

Müşfiqabad bələdiyyəsinin sədri vəzifəsini  bu gün Tərlan Məmmədov icra edir. Bələdiyyənin əvvəlki illərdə kifayət qədər DSMF borcunun olduğu deyilir. Təəssüf ki, indiyədək bu bələdiyyəyə seçilənlər bələdiyyənin borcunun bağlanılıması ilə bağlı addım atmayıblar. Borc varsa demək, fəaliyyət yoxdur. Fəaliyyət yoxdursa, demək bələdiyyənin ərazidə çəki və nüfuzu da yox səviyyəsindədir.

Təəssüf hissi doğuran ikinci bir məqam isə RİH rəsmilərinin baş verən proseslərə müşahidə mövqeyində dayanmasıdır. Hər halda rayonda formalaşan yeddi bələdiyyədən beşinin fəaliyyətsiz olması hər kəsdə narahatlıq yaratmalıdır. Nəzərə alaq ki, artıq sonuncu seçkidən ilyarım müddət keçib.  

Hər halda düşünməyə dəyər. 

PS. Bütün tərəflərin fikirlərini paylaşamağa hazırıq

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər