Anar Hüseynli: “Bu səfərdə Prezident İlham Əliyev Azərbaycanın bir daha qlobal siyasətin mühüm oyunçusu olduğunu göstərdi”
“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ümumilkdə diplomatiya tariximizdə əsaslı dönüş nöqtəsi oldu. Hər bir ölkə vətəndaşı bir daha ölkəmiz üçün qürurverici tarixi hadisələrin şahidi oldu”- bu fikirləri Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli bildirib.
Bu
ölkədə keçirilən yüksəksəviyyəli iki və üç tərəfli görüşlər, imzalanan sənədlər
və əldə olunan razılaşmalar qlobal geosiyasi müstəvidə Azərbaycana mühüm
üstünlüklər yaratmış oldu.
Sədr
bildirib ki, 30 ildən artıq davam edən gərginlikdən sonra Vaşinqtonda Ağ Evdə
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ
Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi ilə sülh sazişi paraflandı. Bu sənəd Qarabağ
münaqişəsini tamamilə tarixə qovuşdurmuş oldu, Azərbaycanın ərazi bütövlüyünü
beynəlxalq miqyasda bir daha təsdiqlədi, ölkəmizin regiondakı mövqeyini hüquqi
və siyasi baxımdan daha da möhkəmləndirdi.
Bu səfər
həm də Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlıq dövrünün əsasını
qoydu. Ən başlıca məqam isə dünyanın bir
nömrəli ölkəsi olan ABŞ tərəfindən Azərbaycanın enerji təhlükəsizliyindəki rolu
yüksək qiymətləndirildi, SOCAR ilə Amerika enerji şirkətləri arasında əməkdaşlıq
haqqında mühüm müqavilələr imzalandı. Bununla yanaşı, ABŞ Konqresində
illərdir müzakirə olunan 907-ci düzəlişin tamamilə ləğvi də səfərin siyasi
nailiyyətlərindən biri kimi tarixə düşdü.
Atılan
addımlar sayəsində Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişmiş oldu. Bu addımlar həm də ölkəmizin
gələcəkdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha sabit mühitdə
inkişaf etməsinə şərait yaradacaq.
Anar Hüseynli qeyd edir ki, Prezident İlham Əliyev bu səfərdə Azərbaycanın bir daha qlobal siyasətin mühüm oyunçusu olduğunu göstərdi. Dövlət başçısının prinsipial mövqeyi, diplomatik ustalığı və milli maraqları qətiyyətlə müdafiə etməsi beynəlxalq aləmdə ölkəmizə olan hörməti bir xeyli artımış oldu. Vaşinqtonda imzalanan sülh sənədi həm xalqımız, həm də bütün Türk dünyası üçün qürur mənbəyi oldu.
Rəylər
3 Rəy
Zeynəb Ağayeva
13-08-2025, 3 ay əvvəl
Hər bir ölkə vətəndaşı bir daha ölkəmiz üçün qürurverici tarixi hadisələrin şahidi oldu.
CavablaEmin Mirzeyev
13-08-2025, 3 ay əvvəl
👏👏👏
CavablaVüsalə Məmmədova
14-08-2025, 3 ay əvvəl
Sülh olsun
Cavabla