Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-08-2025 , 18:59

2347

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Hüseynli: “Bu səfərdə Prezident İlham Əliyev Azərbaycanın bir daha  qlobal siyasətin mühüm oyunçusu olduğunu göstərdi”

 “Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ümumilkdə diplomatiya tariximizdə əsaslı dönüş nöqtəsi oldu. Hər bir ölkə vətəndaşı  bir daha ölkəmiz üçün qürurverici tarixi hadisələrin şahidi oldu”- bu fikirləri Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli bildirib.

Bu ölkədə keçirilən yüksəksəviyyəli iki və üç tərəfli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar qlobal geosiyasi müstəvidə Azərbaycana mühüm üstünlüklər yaratmış oldu.

Sədr bildirib ki, 30 ildən artıq davam edən gərginlikdən sonra Vaşinqtonda Ağ Evdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və şahidliyi  ilə sülh sazişi paraflandı. Bu sənəd Qarabağ münaqişəsini tamamilə tarixə qovuşdurmuş oldu, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq miqyasda bir daha təsdiqlədi, ölkəmizin regiondakı mövqeyini hüquqi və siyasi baxımdan daha da möhkəmləndirdi.

Bu səfər həm də Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlıq dövrünün əsasını qoydu.  Ən başlıca məqam isə dünyanın bir nömrəli ölkəsi olan ABŞ tərəfindən Azərbaycanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirildi, SOCAR ilə Amerika enerji şirkətləri arasında əməkdaşlıq haqqında mühüm müqavilələr imzalandı. Bununla yanaşı, ABŞ Konqresində illərdir müzakirə olunan 907-ci düzəlişin tamamilə ləğvi də səfərin siyasi nailiyyətlərindən biri kimi tarixə düşdü.

Atılan addımlar sayəsində Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişmiş oldu. Bu addımlar həm də ölkəmizin gələcəkdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha sabit mühitdə inkişaf etməsinə şərait yaradacaq.

Anar Hüseynli qeyd edir ki, Prezident İlham Əliyev bu səfərdə Azərbaycanın bir daha  qlobal siyasətin mühüm oyunçusu olduğunu göstərdi. Dövlət başçısının prinsipial mövqeyi, diplomatik ustalığı  və milli maraqları qətiyyətlə müdafiə etməsi beynəlxalq aləmdə ölkəmizə olan hörməti bir xeyli artımış oldu. Vaşinqtonda imzalanan sülh sənədi həm xalqımız, həm də bütün Türk dünyası üçün qürur mənbəyi oldu.

Belediyye.info

Rəylər

3 Rəy

Zeynəb Ağayeva

13-08-2025, 3 ay əvvəl

Hər bir ölkə vətəndaşı bir daha ölkəmiz üçün qürurverici tarixi hadisələrin şahidi oldu.

Cavabla

Emin Mirzeyev

13-08-2025, 3 ay əvvəl

👏👏👏

Cavabla

Vüsalə Məmmədova

14-08-2025, 3 ay əvvəl

Sülh olsun

Cavabla

Rəy yaz

Oxşar xəbərlər

Qəsəbə ahilları ziyarət olunub

Bakı
01-10-2025
1024

27 Sentyabr- Anım Günü...

Bakı
27-09-2025
1121