Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-10-2026 , 23:55

83

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Pirzəkucə kəndində Şəhidlər Xiyabanında bərpa və yenidənqurma işləri aparılıb”- Ceyhun Zahidov

“Şəhidlərimizin əziz xatirəsinin uca tutulması, onların qəhrəmanlığının və Vətən uğrunda göstərdikləri fədakarlığın daim ehtiramla yad edilməsi hər birimizin mənəvi borcudur. Bu məqsədlə Lerik rayonunun Pirzəkucə kəndində yerləşən Şəhidlər Xiyabanında abadlıq, bərpa və yenidənqurma işləri həyata keçirilmişdir”- bu fikirləri Lerik bələdiyyəsinin sədri Ceyhun Zahidov deyib.

Sədr qeyd edib ki, aparılan işlər çərçivəsində ərazidə təxminən 120 metr yeni elektrik kabeli çəkilmiş, xiyabanın elektrik xətləri tamamilə yenilənmişdir. Mövcud plafonlar və işıqlandırma lampaları yeniləri ilə əvəz edilmiş, abidə kompleksi və şəhidlərimizin fotoşəkillərinin əks olunduğu lövhələrin gecə saatlarında parlaq və keyfiyyətli işıqlandırılması təmin olunmuşdur. Eyni zamanda, elektrik sisteminin təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə mərkəzi elektrik idarəetmə bloku dəyişdirilmişdir.

Lerik bələdiyyəsinin həyata keçirdiyi layihə nəticəsində Şəhidlər Xiyabanının işıqlandırma sistemi müasirləşdirilmiş, ərazinin gecə görünüşü daha səliqəli və estetik vəziyyətə gətirilmişdir.

Ceyhun Zahidov bildirir ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların uyuduğu müqəddəs məkanların qorunması və abad saxlanılması daim bələdiyyənin diqqət mərkəzimizdədir. Bu istiqamətdə həyata keçirilən hər bir iş şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramımızın ifadəsidir.

Bizim üçün ən böyük mənəvi məsuliyyət Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini daim yaşatmaq, onların bizə əmanət qoyduğu dəyərləri gələcək nəsillərə ötürməkdir.

Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər