Nigar Məmmədova: “Xocəsən qəsəbəsində abadlıq və bərpa işləri aparılıb”
““Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkə ərazisində həyata keçirilən abadlıq və quruculuq tədbirləri Xocəsən qəsəbəsində də davam etdirilir. Qəsəbənin ümumi görünüşünün yaxşılaşdırılması, yol kənarlarının səliqəyə salınması və mövcud infrastrukturun qorunması məqsədilə növbəti abadlıq və bərpa işləri həyata keçirilib.
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Xocəsən qəsəbəsinin
inzibati ərazisindən keçən hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin, Mənzil-Kommunal
Təsərrüfatı Birliyinin və Xocəsən bələdiyyəsinin birgə iştirakı ilə müvafiq tədbirlər
görülüb”- bu barədə Belediyye.infoya məlumat verən Xocasən bələdiyyəsinin sədri
Nigar Məmmədova bildirib ki, aparılan işlər çərçivəsində yol boyunca qəzalar nəticəsində
zədələnmiş hasarlar bərpa edilib, rəngi solmuş sahələr yenidən rənglənərək səliqəyə
salınıb. Həmçinin küləyin təsirindən əyilmiş dekorativ hasarların bərpası həyata
keçirilib, ərazidəki alaq otları təmizlənib, ictimai istifadə üçün nəzərdə
tutulan oturacaqlar və dayanacaqlar rənglənib. Şüşə dayanacaqlar yuyularaq təmizlənib,
ərazidə təmizlik və səliqə-sahmanın təmin olunmasına diqqət yetirilib.
Bununla yanaşı, qəsəbə ərazisində qurumuş ağaclarla bağlı məsələnin
həlli məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Bu addım ərazidə
yaşıllıqların qorunması, ətraf mühitin sağlamlaşdırılması və sakinlər üçün daha
təhlükəsiz, rahat mühitin yaradılması istiqamətində görülən tədbirlərin tərkib
hissəsidir.
Xanım sədr qeyd edib ki, bu cür abadlıq və bərpa işləri
yaşayış məntəqələrinin estetik görünüşünün yaxşılaşdırılması, ictimai məkanların
daha səliqəli saxlanılması və sakinlərin rahatlığının təmin edilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.
Xocəsən bələdiyyəsi qəsəbə ərazisində təmizlik, abadlıq və bərpa
işlərinin davam etdirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və
yaşayış mühitinin daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirləri bundan sonra
da diqqətdə saxlayacaq.
Belediyye.info
Rəylər
0 Rəy