Əlfəddin Həsənov: “Sabunçu qəsəbəsi sakinlərinin rahatlığının təmin olunması əsas fəaliyyət istiqamətlərimizdəndir”
“Qəsəbədə abadlıq və quruculuq işlərinin aparılması, sakinlərin rahat yaşayışının təmin edilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini uğurla davam etdiririk”.
Bu fikirləri Belediyye.info-ya Sabunçu rayonu Sabunçu bələdiyyəsinin
sədri Əlfəddin Həsənov bildirib.
Sabunçu bələdiyyəsi də öz səlahiyyətləri və imkanları çərçivəsində
qəsəbənin abadlıq-quruculuq işlərinə töhfə verməyə, ərazidə təmizlik və səliqə-sahmanın
qorunmasına, ictimai mühitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Bu layihələrin həyata keçirilməsi bələdiyyədən maliyyə vəsaiti
tələb edir. Bu baxımdan, bələdiyyənin vergi xidməti düzgün qurulmuş vergi uçotu
sisteminin və Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan
yararlanaraq büdcə gəlirlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,4
faiz artırılmasına nail olub.
Belə ki, ötən ilin ilk doqquz ayı ərzində bələdiyyə büdcəsinə
166.918 manat daxil olduğu halda, cari ilin eyni dövründə bu göstərici 205.922
manata çatıb. Vergi xidməti ilin sonunadək də bu artım tempini qoruyub
saxlamağı hədəfləyir.
Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov qeyd edib ki,
qəsəbənin inkişafı və abadlaşdırılması davamlı diqqət tələb edən mühüm məsələlərdəndir.
“Sabunçu rayonu qədim tarixi, zəngin ənənələri və özünəməxsus
siması ilə seçilən yaşayış məntəqələrimizdəndir. Qarşımızda duran əsas vəzifələrdən
biri bu gözəlliyi qorumaq, qəsəbəmizin daha da abadlaşmasına və sakinlərimizin
rahatlığının təmin olunmasına töhfə verməkdir.
Bələdiyyə olaraq imkanlarımız daxilində abadlıq və quruculuq
işlərində fəal iştirak etməyə, mövcud problemlərin həlli istiqamətində müvafiq
addımlar atmağa çalışırıq. İnanırıq ki, yerli qurumların birgə fəaliyyəti,
sakinlərin təşəbbüskarlığı və ictimai məsuliyyətin artırılması Sabunçu qəsəbəsinin
daha da inkişafına, təmiz və gözəl yaşayış məntəqəsinə çevrilməsinə mühüm töhfə
verəcək”, – deyə Əlfəddin Həsənov vurğulayıb.
Sabunçu bələdiyyəsi bundan sonra da qəsəbənin
abadlaşdırılması, ekoloji mühitin qorunması və sakinlərin rifahının
yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirməkdə qərarlıdır.
Belediyye.info
Rəylər
0 Rəy