Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-10-2026 , 19:44

164

Son xəbərlər

Bütün xəbərlər

RİH-lərin bələdiyyələrə dəstəyi olarsa

Gündəlik Xəbərlər
18-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Anar Adıgözəlov: “Qəsəbədə şəhidlərin əziz xatirəsi daim ehtiramla yad edilir”

“Maştağa bələdiyyəsi sakinlərin kollektiv müraciətini nəzərə alaraq, şəhid Saleh Şəfizadə küçəsində yol təmiri və abadlıq işləri həyata keçirib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, görülən işlər Maştağa Bələdiyyəsinin 2 oktyabr 2026-cı il tarixli, 20 saylı iclas protokoluna əsasən təşkil olunub.  Bələdiyyədə yaradılan işçi qrupu əraziyə  yerində baxış keçirildikdən və mövcud vəziyyət araşdırıldıqdan sonra yolun yararsız vəziyyətdə olması, eləcə də sakinlərin gediş-gəlişində çətinliklərin yaranması nəzərə alınaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul edilib.

Qərarın icrası çərçivəsində yolun səthində torpaq-hamarlama və bərabərləşdirmə işləri aparılıb, çuxurlar doldurulub, yol örtüyünə çınqıl materialı səpilib. Görülən işlər nəticəsində ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin rahatlaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Aparılan təmir və abadlıq işləri küçənin yol şəraitinin yaxşılaşdırılmasına, sakinlərin gündəlik gediş-gəlişinin daha rahat və əlverişli olmasına şərait yaradıb.

Anar Adögözəlov deyib ki, Maştağa Bələdiyyəsi sakinlərin kollektiv müraciətlərini daim diqqətdə saxlayaraq, qəsəbədaxili infrastrukturun yaxşılaşdırılması, abadlıq işlərinin aparılması və yerli əhalini narahat edən problemlərin həlli istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Sədr qeyd edib ki, qəsəbədə şəhidləriin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların adını daşıyan küçələrin abadlaşdırılması isə bu ehtiramın əməli ifadəsidir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər