Aygün Kərimova: “Son üç ilin müvafiq dövrləri üzrə göstəriciləri yerli gəlirlərin artım dinamikasını nümayiş etdirir”
Suraxanı rayonu Əmircan bələdiyyəsinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə gəlirləri 118.196 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,8 faiz çoxdur.
Bələdiyyənin sədri Aygün Kərimovanın sözlərinə görə, son üç
ilin müvafiq dövrləri üzrə göstəricilər yerli gəlirlərin artım dinamikasını
nümayiş etdirir.
Belə ki, 2024-cü ilin ilk 9 ayında bələdiyyənin gəlirləri 53.119
manat, 2025-ci ilin eyni dövründə 81.059 manat, 2026-cı ilin 9 ayında isə 118.196
manat təşkil edib.
Gəlirlərin əsas hissəsini əmlak vergisi üzrə daxilolmalar təşkil
edib. 2026-cı ilin yanvar-sentyabr aylarında əmlak vergisi üzrə daxilolmalar
100.435 manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövründəki 58.983 manatla
müqayisədə 70,3 faiz çoxdur.
Hesabat dövründə torpaq vergisi üzrə daxilolmalar 7.933
manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 6.137 manat olub.
Beləliklə, torpaq vergisi üzrə gəlirlər 29,3 faiz artıb.
Digər gəlirlər üzrə isə 2026-cı ilin ilk 9 ayında 9.828
manat vəsait daxil olub. 2025-ci ilin müvafiq dövründə bu mənbədən daxilolmalar
15.939 manat təşkil edib.
Əmircan bələdiyyəsinin sədri Aygün Kərimova bildirib ki,
yerli gəlirlərin artırılması, vergi daxilolmalarının düzgün uçotunun aparılması
və mövcud maliyyə imkanlarından səmərəli istifadə bələdiyyənin fəaliyyətinin əsas
istiqamətlərindəndir.
Onun sözlərinə görə, gəlirlərin artması bələdiyyənin maliyyə
imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əldə olunan nəticələrin
davamlılığının təmin edilməsi, maliyyə intizamının qorunması və sakinlərlə əməkdaşlığın
gücləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.
Sədr qeyd edib ki, 2026-cı ilin ilk 9 ayı üzrə gəlirlər 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 122,7 faiz artıb.
Belediyye.info
Rəylər
0 Rəy