Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 19:52

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev: “Qələbəmiz sarsılmaz birliyin və həmrəyliyin nəticəsi oldu”

Bu gün xalqımız tariximizin qızıl hərflərlə yazılmış möhtəşəm səhifələrindən biri olan Zəfər Gününün sevincini və qürurunu yaşayır. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəmanlığının və Vətən sevgisinin təntənəsidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşən xalqımız rəşadətli ordumuzun qəhrəman oğulları ilə birlikdə tarixi Qələbəyə imza atdı. Xalqımızın dəmir yumruq kimi birləşməsi, ordumuzun misilsiz şücaəti və Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti bizi bu möhtəşəm Zəfərə qovuşdurdu. Tarixi Qələbəmiz məhz bu sarsılmaz birliyin və həmrəyliyin nəticəsi oldu.

Təxminən 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan doğma torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi Qələbə bir daha sübut etdi ki, xalq və dövlət bir yumruq kimi birləşdikdə qarşısında heç bir qüvvə dayana bilməz.

Bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai rayonundan olan şəhid ailələri və qazilərlə keçirilən görüşdə səsləndirib.

180 nəfərin iştirak etdiyi tədbirdə bələdiyyə sədri qeyd edib ki, Xətai bələdiyyəsinin hər bir üzvü və qulluqçusu bu şanlı Zəfərin qazanılması uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə minnətdarlığını bildirir. Onların qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq.

Tədbirin sonunda hər bir şəhid və qazi ailəsinə Xətai RİH-in təşəbbüsü və  Xətai bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanan xatirə hədiyyələri təqdim edilib. 

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər