Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-09-2026 , 22:46

1400

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Zirə bələdiyyəsində yüksək nəticə əldə etmiş tələbələrlə görüş keçirilmişdir


Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək 600 baldan yuxarı nəticə əldə etmiş Zirə qəsəbəsindən olan abituriyentlərlə görüş keçirmişdir.

Görüşdə Ağayev Uğur Bahadır oğlu, Hüseynzadə Nicat Ehtiram oğlu, Hacıyev Məhəmməd Yəhyabala oğlu, Cavadzadə Arif Adəm oğlu, Əliyev Kənan Bəhruz oğlu və Quliyeva Fatimə Ramiz qızının əldə etdikləri yüksək nəticələr münasibətilə onları təbrik etmiş, bu uğurun həm onların şəxsi zəhmətinin, həm də ailələrinin və müəllimlərinin əməyinin nəticəsi olduğunu qeyd etmişdir.

Bələdiyyə sədri gənclərin təhsil sahəsində qazandıqları nailiyyətlərin Zirə qəsəbəsi üçün qürurverici olduğunu bildirərək, onların gələcəkdə seçdikləri ixtisaslar üzrə yüksək bilik və bacarıqlara yiyələnəcəklərinə, ölkəmizin inkişafına layiqli töhfələr verəcəklərinə inamını ifadə etmişdir.

Görüş zamanı tələbə adı qazanmış gənclərə gələcək təhsil həyatlarında uğurlar, yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulamış və gənclər hədiyyə ilə təltif olunmuşlar.

Zirə bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər