Zirə bələdiyyəsində yüksək nəticə əldə etmiş tələbələrlə görüş keçirilmişdir
Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək 600 baldan yuxarı nəticə əldə etmiş Zirə qəsəbəsindən olan abituriyentlərlə görüş keçirmişdir.
Görüşdə Ağayev Uğur Bahadır oğlu, Hüseynzadə Nicat Ehtiram
oğlu, Hacıyev Məhəmməd Yəhyabala oğlu, Cavadzadə Arif Adəm oğlu, Əliyev Kənan Bəhruz
oğlu və Quliyeva Fatimə Ramiz qızının əldə etdikləri yüksək nəticələr münasibətilə
onları təbrik etmiş, bu uğurun həm onların şəxsi zəhmətinin, həm də ailələrinin
və müəllimlərinin əməyinin nəticəsi olduğunu qeyd etmişdir.
Bələdiyyə sədri gənclərin təhsil sahəsində qazandıqları
nailiyyətlərin Zirə qəsəbəsi üçün qürurverici olduğunu bildirərək, onların gələcəkdə
seçdikləri ixtisaslar üzrə yüksək bilik və bacarıqlara yiyələnəcəklərinə, ölkəmizin
inkişafına layiqli töhfələr verəcəklərinə inamını ifadə etmişdir.
Görüş zamanı tələbə adı qazanmış gənclərə gələcək təhsil həyatlarında uğurlar, yeni nailiyyətlər və müvəffəqiyyətlər arzulamış və gənclər hədiyyə ilə təltif olunmuşlar.
Zirə bələdiyyəsi
Rəylər
0 Rəy