Bələdiyyə sədri: “Müəssisəmiz ölkədə damazlıq keçilərə olan tələbatın ödənilməsini hədəfləyib”
““Tüləkəran
Təmiz Kənd” Məhdud Məsuliyyətli Cəmiyyəti
cari ilin mart ayında Tüləkəran bələdiyyəsinin
müvafiq qərarı əsasında yaradılmışdır. Məhz bundan sonra bələdiyyənin təqdim
etdiyi subvensiya layihəsinə Nazirlər Kabinetinin sərəncamı ilə maliyyə vəsaiti
ayrılmış və MMC
regionda ilk bələdiyyə müəssisəsi olmaqla yanaşı həm də ilk olaraq müasir
innovasiyaların tətbiqinə başlamışdır”- bu fikirləri Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri Rauf
Hüseynov bildirib.
Sədr
açıqlamasında bildirib ki, müəssisə yüksək məhsuldarlığa malik olan Niderlandın “Saanaen” keçi sortların yetişdirilməsi və
damazlıq təsərüfatının genişləndirilərək ölkədə damazlıq keçilərə olan tələbatının ödənilməsini hədəfləmişdir.
MMC-nin
yaradılmasında ən əsas məqsəddə bələdiyyənin maliyyə imkanlarını genişləndirərək yerli sosial-iqtisadi proseslərdə
çevik və effektiv formada iştirak edə bilməsi və eyni zamanda bələdiyyə ərazisində
yaşayan əhalinin məşğulluq imkanlarına əlçatanlığının təmin olunmasıdır.
Belə ki, hazırda bələdiyyə
müəssisəsi 9 nəfər daimi və 6 nəfəri mövsümu işlə təmin edir. 2025-ci
ilin birinci yarımilinədək daimi işçilərin sayını 15 nəfərə, mövsümi işçilərin isə 20 nəfərə
çatdırılması hədəflənir.
Müəssisənin qurulmasına dünya təcrübəsindən geniş istifadə
olunmuşdur. Belə ki qardaş Türkiyə Cumhuriyyətində bu sahədə ixtisaslaşmış Türkiyə
Damazlıq Qoyun və
Keçi Yetişdiriciləri Birliyi ilə (TÜDKİYEB) əməkdaşlıq əlaqələri qurulmuş və bu
əməkdaşlıq çərçivəsində qardaş ölkəyə səfər olunmuşdur.
Səfər zamanı müasir inovasiyaların heyvandarlıq sektoruna tətbiqi
öyrənilmiş, müvafiq tövsiyələr alınmış və ölkəmizdə tətbiqinə başlanılmışdır.
Müəssisənin yaradılması eyni zamanda ərazidə heyvan sağlığı sahəsində ixtisaslı kadrlara olan təlabatı bir daha üzə çıxarmışdır. İnanırıq ki, ixtisaslı kadrların yetişdirlməsi müəssisə ilə yanaşı həm də ərazimizdə yaşayan vətandaşlarımızın da fərdi təsərrüfatlarının inikişafına öz töhvəsini verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy