Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-01-2026 , 22:39

625

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Cari ildə hədəfimiz büdcə gəlirlərinin həcmini 200 min manata çatdırmaqdır: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR

 Artıq bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olunmuşdur.

Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin yerli demokratiyanın inkişafını dəstəkləmək bu prosesin hüquqi  tənzimləməsinə  və Azərbaycan Respublikası Konustitusiyasında  təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə institutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir .        

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də  bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması hüquq, pozuntularının aradan qaldırılmasıdır.

Bildiyimiz kimi bələdiyyələr kollegial orqandır, yəni yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Qara Nuru Bələdiyyəsi ötən 2025-ci ili 38 iclas keçirilmiş 74 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. 2025-ci ili ərzində bələdiyyə iclasında müzakirə olunan 27-si sosial məsələ barədə 47-si isə cari məsələlər olmuşdur.

2025-ci il ərzində Qara Nuru bələdiyyəsinə 200 müraciyət daxil olmuşdur müraciətlərin 65 vətandaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 135 nəfər vətəndaş şifayi müraciətləri və əhali ilə keçirilən  sıx görüşlər zamanı sakinlərin müraciətlərı əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlərə əsasən həll olunmuşdur.

Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxıb cavab verilmişdir.

Vətandaşların ərizə və şikayətlərinə baxılarkən sosial  müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlilləri vetiranlara şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.

Torpaq islahatı zamanı bələdiyyəyə 430 Hektar ehtiyat fond torpağı ayrılmışdır ki, bunun 181 hektar 30 sot kənd təsərrüfatlarına yararlı torpaq sahələridir. Bələdiyyənin eytiyyat  fondundan 200 hektar torpaq sahəsi 20 nəfərə kənd təsərrüfatı məsulları istehsalı üçün icarəyə verilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin  yerli büdcəsinin gəlirlər və xərclər smetası təstiq olunur.

Bələdiyyənin 2025-ci ilə təstiq olunmuş smetasına əsasən gəlirlər 124235 manat xərclər isə 124235 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən  24000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 14000 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2025-ci ili ərzində yerli büdcəsi 124.235 manata qarşı 108.886 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 87.6% yerinə yetirilmişdir büdcənin xərcləri isə 106.219 manat olmuşdur. Əlavə edim ki, cari ildə hədəfimiz büdcə gəlirlərinin həcmini 200 min manata çatdırmaqdır. Kollektivimizin və seçicilərin birgə səyi ilə bu uğura imza atacağımıza inanıram.

Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır;

Torpaq vergisi-23.451 manat, Bələdiyyə əmlakının icarəyə verilməsindən-68.734 manat, bələdiyyə əmlakının özgəlləşdirilməsi-2.700 manat Dotasiyadan daxil olma isə 14.000 manat olmuşdur.

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir;

Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri o cümlədən əmək haqqı-39.196 manat, DSMF-9724 manat, icbari tibbi sığorta-2378 manat, imkansız ailələrə maddi yardım-2546 manat, kənd daxili yoların cari təmirinə-30102 manat, bələdiyyə qulluqçularının işin günün tələblərinə uyğun qurulması üçün komputer dəstləri və ofis mebilərinin alinmasiha-6737 manat, Bank xidmət haqqı-595 manat, Vətəndaşların çox saylı müraciətlərinə əsasən Qara Nuru bələdiyyəsi ərazisində futbol meydançasının cari təmir olunması üçün-3000 manat, Qara Nuru Bələdiyyəsi ərazisində məişət tullantılarının daşınması üçün Saatlı Mənzil Təsərrüfat idarəsinə-3717 manat, Kommunal xərclər-520 manat,  Şəhid abidələrinə bayraqlarin taxılmasına-500, Bələdiyyə binasinda plastik qapı və pəncərə quraşdırılması üçün-1000 manat, Əmlak məsələləri dövlət komitəsinə göstərdiyi xidmət üçün-2176 manat, Kənd bələdiyyələri assosasiyasına üzvüluk haqqı -1100 manat, Ətraf mühitin müfafizəsi-300 manat, Dəftərxana ləvazimatlarına-800 manat, BAMS proqramında SMS xidməti göstərilməsi üçün-99 manat, Mətbuat yayım MMC-813 manat, YAP-a üzvlük haqqı-210 manat, Kənd Qəbirstanlığının saxlanması üçün-450 manat, Bələdiyyə qulluqçularına və üzvlərinə xüsusi geyim formasının alınması üçün-256 manat olmuşdur.

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi ilə dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artıtılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə əmlak və torpaq vergisi 74000 manat borcları olduğu halda 2025-ci ili ərzində yalnız 23451 manat vəsait toplanmışdır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə idarəsi göndərilir.

Qara Nuru Bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.

Bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsi əsasında quracağıq.

Azər Məhərrəmov

Saatlı rayon Qara Nuru Bələdiyyəsinin sədri

Rəylər

1 Rəy

Həşimov Elşad

21-01-2026, 5 gün əvvəl

Saatlı rayon Qara Nuru bələdiyyəsi 2025 ildə böyük işlərə imza atmış bələdiyyələrin birincisidir BİR DAHA UĞURLAR ARZULAYIRAM

Cavabla

Rəy yaz

Oxşar xəbərlər