Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2026 , 00:45

724

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ağcabədi Bələdiyyəsi  vətəndaşlarla açıq dialoqun tərəfdarıdır: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR


Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutlarının başlıca vəzifəsi əhalinin mənafeyinə xidmət etmək, sosial rifahın yüksəldilməsinə, iqtisadi və mədəni inkişafın təmin olunmasına töhfə verməkdən ibarətdir. Ulu Öndər bələdiyyələrin cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir:

“Bələdiyyələr xalqın öz həyatını idarə etməsinin ən mühüm formasıdır.Onlar xalqın iradəsinə əsaslanmalı, yerli problemləri çevik və səmərəli şəkildə həll etməlidirlər.” Bu fundamental yanaşma bu gün də bələdiyyə fəaliyyətinin ideoloji və praktik əsasını təşkil edir.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə dərin və sistemli islahatlar həyata keçirilir, regionların dayanıqlı inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən olunur. Dövlət başçısının vurğuladığı kimi:

“Bizim əsas məqsədimiz Azərbaycan xalqının rifahını yaxşılaşdırmaq, sosial ədaləti təmin etmək və regionların inkişafını daha da sürətləndirməkdir.”

Ağcabədi Bələdiyyəsi 2025-ci il ərzində öz fəaliyyətini məhz bu ali məqsədlərə uyğun şəkildə qurmuş, vətəndaşların müraciətlərinə həssas yanaşmış, yerli problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Hesabat dövründə bələdiyyənin maliyyə-intizamının möhkəmləndirilməsi, yerli gəlir mənbələrinin artırılması, büdcə vəsaitlərindən səmərəli və şəffaf istifadə əsas prioritetlərdən olmuşdur. Sosial yönümlü layihələrin icrası, aztəminatlı ailələrə dəstək, şəhid ailələri və qazilərin sosial müdafiəsi, abadlıq və infrastruktur tədbirlərinin genişləndirilməsi istiqamətində konkret addımlar atılmışdır.

Eyni zamanda, vətəndaş qəbullarının müntəzəm təşkili, daxil olan müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli bələdiyyə fəaliyyətində əsas idarəetmə prinsiplərindən biri kimi qorunmuşdur. Bu yanaşma Ulu Öndərin “xalqla birbaşa ünsiyyət” prinsiplərinə tam uyğun olaraq həyata keçirilmişdir.

Ağcabədi Bələdiyyəsi bundan sonra da Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətini dəstəkləyərək, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması və rayonumuzun davamlı inkişafı naminə bütün imkanlarını səfərbər edəcəkdir.

Maliyyə göstəriciləri və yığım dinamikası

2025-ci il ərzində Ağcabədi Bələdiyyəsinin gəlir göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmişdir. Bu, şəffaf və məqsədyönlü idarəetmə siyasətinin, vergi intizamının gücləndirilməsinin və gəlir mənbələrinin şaxələndirilməsinin nəticəsidir.

2025-ci il üzrə ümumi gəlirlərdə ciddi artım tempi müşahidə olunmuşdur. Əmlak vergisi üzrə daxilolma 64017 manat təşkil etmiş, 2024-cü il ərzində isə bu göstərici cəmi 490 manat olmuşdur. Artım               131 dəfə olmaqla rekord səviyyəyə çatmışdır. 

Torpaq vergisi üzrə yığım 86671 manat təşkil etmiş, əvvəlki ilin analoji dövründə bu məbləğ 23348 manat olmuşdur ki, bu da 4 dəfə artım deməkdir.

Dayanacaq xidmətlərindən 2025-ci il ərzində 450 manat gəlir əldə olunmuş, 2024-cü ildə isə bu istiqamətdən heç bir gəlir qeydə alınmamışdır. Bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmalar  210453 manat təşkil etmiş, bu da 2024-cü il ərzində ki, 71503 manatdan   3 dəfə artım deməkdir.

Torpaq satışından gəlirlər 67071  manat keçən il 91578 manat olmuşdur. Bu istiqamətdə azalma müşahidə edilir səbəbi əmlak idarəsi üzündən olsa da, ümumi büdcə balansı digər gəlir mənbələri hesabına tam şəkildə kompensasiya edilmişdir.

Ümumilikdə 2025-ci il ərzində  gəlirlər 428.661 manat olmuşdur. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 187414 manat idi. Artım 234247 manat və ya 2 dəfədən çox olmuşdur.

O, cümlədən şəhər və kəndlər üzrə.

1.Ağcabədi şəhəri.

2025-ci il ərzində Ağcabədi Bələdiyyəsinin gəlir göstəriciləri də əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmişdir.

2025-ci il üzrə ümumi gəlirlərdə ciddi artım tempi müşahidə olunmuşdur. Əmlak vergisi üzrə daxilolma  58433 manat təşkil etmiş, 2024-cü ilin ərzində isə bu göstərici cəmi 381 manat olmuşdur. Artım   153 dəfə olmaqla rekord səviyyəyə çatmışdır. Torpaq vergisi üzrə yığım 68544 manat təşkil etmiş, əvvəlki ilin analoji dövründə bu məbləğ   22002 manat olmuşdur ki, bu da 3 dəfə artım deməkdir.

Dayanacaq xidmətlərindən 2025-ci il ərzində 450 manat gəlir əldə olunmuş, 2024-cü ildə isə bu istiqamətdən heç bir gəlir qeydə alınmamışdır. Bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmalar  201849 manat təşkil etmiş, bu da 2024-cü ilin ərzindəki  68153 manatdan 3 dəfə artım deməkdir.

Torpaq satışından gəlirlər 67071 manat keçən il 87178 manat olmuşdur. Bu istiqamətdə azalma müşahidə səbəbi əmlak idarəsi üzündən olsa da, ümumi büdcə balansı digər gəlir mənbələri hesabına tam şəkildə kompensasiya edilmişdir.

Ümumilikdə 2025-ci il ərzində  gəlirlər 396347 manat olmuşdur. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 178209 manat idi. Artım 218138 manat və ya 2 dəfədən çox qeydə alınmışdır.

2.Şənlik kəndi üzrə.

2025-ci il ərzində Şənlik Bələdiyyəsinin də gəlir göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmişdir. 2025-ci il üzrə Əmlak vergisi üzrə daxilolma 1082 manat təşkil etmiş, 2024-cü ilin eyni ayında isə bu göstərici cəmi 109 manat olmuşdur. Artım 10 dəfə olmuşdur. Torpaq vergisi üzrə yığım 9796 manat təşkil etmiş, əvvəlki ilin analoji dövründə bu məbləğ 1346 manat olmuşdur ki, bu da 7 dəfə artım deməkdir.

Bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmalar  4488 manat təşkil etmiş, bu da 2024-cü ilin ərzindəki 3350 manatdan 134% faiz deməkdir.

Ümumilikdə 2025-ci il ərzində  gəlirlər 15365 manat olmuşdur. Müqayisə üçün,  2024-cü ilin eyni dövründə bu rəqəm 4805 manat idi. Artım 10560 manat və ya 3 dəfədən çox qeyd olunmuşdur.

3.Nəcəfqulubəyli kəndi üzrə.

2025-ci il ərzində Nəcəfqulubəyli Bələdiyyəsinin gəlir göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmiş və 2024-cü il ərzində heç bir vəsait daxil olmamışdır.

2025-ci il üzrə  Əmlak vergisi üzrə daxilolma 1570 manat, Torpaq vergisi üzrə yığım  2402 manat, Bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmalar  1316  manat təşkil etmişdir.           

Ümumilikdə 2025-ci il ərzində  gəlirlər 5287  manat olmuşdur.

4.Aşağı Avşar kəndi üzrə. 

2025-ci il ərzində Aşağı Avşar Bələdiyyəsinin də gəlir göstəriciləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli artım nümayiş etdirmiş və 2025-ci il üzrə ümumi gəlirlərdə ciddi artım tempi müşahidə olunmuşdur. Əmlak vergisi üzrə daxilolma 2933 manat təşkil etmişdir, Torpaq vergisi üzrə yığım 5929 manat təşkil etmiş, Bələdiyyə mülkiyyətinin icarəsindən daxilolmalar  2800 manat təşkil etsədə, 2024-cü ilin ərzində vəsait daxil olmamışdır.

Ümumilikdə 2025-ci il ərzində  gəlirlər 11662 manat olmuşdur. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm  4400 manat idi. Artım 7626 manat və ya 2 dəfədən çox qeydə alınmışdır. Torpaq satışından gəlirlər 2024-cü il ərzində 4400 manat olmuşdur.                     Bu istiqamətdə azalma müşahidə səbəbi əmlak idarəsi üzündən olsa da, ümumi büdcə balansı digər gəlir mənbələri hesabına tam şəkildə kompensasiya edilmişdir.

Bu göstəricilər bələdiyyə rəhbərliyinin məqsədyönlü idarəetmə siyasətinin, şəffaf uçot mexanizmlərinin və vergi ödəyiciləri ilə qarşılıqlı etimad mühitinin formalaşdırılmasının real nəticəsidir.

İdarənin saxlanma xərcləri

2025-ci ilin yanvar ayında əvvəlki bələdiyyə 18399 manat vəsait xərclənmiş o cümlədən əmək haqqı xərclərinə 9753 manat yolların təmirinə 6000 manat, icarə haqqına 2200 manat, rüsümlara 380 manat, işıq puluna 124 manat vəsait xərclənmişdir.

2025-ci il ərzində Ağcabədi bələdiyyəsi tərfindən əmək haqqı xərclərinə 155916 manat, əməyin ödənişi ilə bağlı yəni maddi yardım və mükafatlara 13432 manat, əmək haqqı üstəliklərinə 44100 manat vəsait xərclənmişdir.

Təsərrüfat mallarının alınmasına 1166 manat, İstilik avadanlıqlarının alınmasına 1834 manat, kondisoner alınmasına 2850 manat, otaqların cari təmirinə 4776 manat, Kompüter, printer və kompüter avadanlıqlarının alınmasına 6984 manat, dəftərxana ləvəzimatlarının alınmasına  2985 manat, Azqiymətli və tezköhnələn əşyaların alınmasına 5877 manat, Mebel və stulllar alınmasına 4900 manat vəsait xərclənmişdir.

Kommunal xərclər və rabitə xidmətinə 1698 manat o, cümlədən elektirik enerji 861 manat, mavi yanacaq 248 manat, rabitə xərclərinə  589 manat vəsait xərclənmişdir.

Ölkə daxili ezamiyyə xərcləri 756 manat, BAMS –a 3 faiz xidmət haqqı 13577 manat, Bank xidmət haqqına 1382 manat, poçt xidmət haqqına 1157 manat, vətəndaşlara SMS göndərilməsi üçün SMS xidmət haqqına 1420 manat,  qəzet abunəlikləri üçün 3734 manat vəsait ödənilib.

Reyestr məlumatlarının alınmasına 12.000 manat, qiymətləndirmə rüsumlarının ödənilməsinə 19.600 manat, Əmlak idarəsinə rüsum  8284 manat,  İcarə haqqı  5500 manat, Assosiasiya üzvülük haqqı                1910 manat, vətəndaşa geri qaytarılan pul 6620 manat vəsait xərclənmişdir .

Sosial yönümlü tədbirlər və vətəndaşlarla iş

Ağcabədi Bələdiyyəsi fəaliyyətini sosial məsuliyyət prinsipləri əsasında qurmuşdur. 2025-ci il ərzində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən qayğı fəaliyyətin əsas istiqamətlərindən biri olmuşdur.

Hesabat dövründə 20 şəhid ailəsinə Qurban bayramı münasibətilə ümumilikdə 2012 manat dəyərində bayram sovqatı təqdim edilmiş,  3 aztəminatlı ailəyə yas mərasimi ilə bağlı 1200 manat, 2 abituriyentə ali təhsil müəssisəsinə qəbul münasibətilə 1000 manat məbləğində mükafat, Şəhid və qazi övladlarına məktəbli paltarı alınması üçün 1500 manat, Zəfər Gününün əzəmətini yaşatmaq məqsədilə 8 Noyabr – Zəfər Günü münasibətilə  22 şəhid ailəsinə 3501 manat bayram sovqatı və şəhid analarının Qarabağ torpaqlarına səfəri təşkil olunmuş bu məqsədlə              500 manat, 03 dekabr Əlillər günü münasibətilə 33 nəfər əlilə 1000 manat, 31 Dekabr Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 38 aztəminatlı ailəyə 3910 manatlıq bayram sovqatı verilmişdir.

Bu təşəbbüs həm şəhid ailələrinə ehtiramın, həm də milli birliyin təcəssümüdür. Ulu Öndərin “Bizim məqsədimiz xalqımıza xidmət etmək, onun rifahını yüksəltməkdir” kəlamını rəhbər tutan Ağcabədi bələdiyyəsi bu dövrdə sosial ədalət və humanizm prinsiplərinə əsaslanan layihələri davam etdirmişdir.

İnfrastruktur və abadlıq işləri

Hesabat dövründə şəhər və kənd infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər görülmüşdür.

Ağcabədi şəhərinin N.Nərimanov küçəsində yerləşən ayaq körpüsünün əsaslı təmirinə 403 manat, Qarabağ və Ə.Muxtarov küçələrinin kəsişməsində olan körpünün əsaslı təmirinə 1318 manat, H.Əliyev və Ə.Şıxlıniski küçələrinin kəsişməsində olan körpünün hazırlanmasına 1891 manat vəsait xərclənərək vətəndaşların istifadəsinə verilmişdir.

Bələdiyyənin balansında olan 6 qəbirstanlıq il ərzində 3 dəfə tam şəkildə alaq otlarından və məişət tullantılarından təmizlənmiş. 1-dəfə                6 qəbirstanlığa 5000 manat, 2-ci dəfə 4000 manat, 3-cü dəfə 4000 manat vəsait xərclənmişdir. 6 Qəbirstanlığa tanıdıcı lövhələrin vurulmasına   2058 manat vəsait  xərclənmişdir. 6 Qəbirstanlığın giriş qapılarının təmirinə və rənglənməsinə 1460 manat, Şənlik kəndində vətəndaşların müraciətini nəzərə alaraq kəndin mərkəzində ümumi istifadə üçün sanitar qovuşağı hazırlanaraq istifadəyə verilmiş və bunun üçün 1120 manat vəsait xərclənmişdir.

Yol infrastrukturu üzrə də ciddi addımlar atılmışdır, yəni 2025-ci il ərzində Şənlik kəndində 11951 kv.m və ya 1940 metr yol örtüyü hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir. Bu lahiyəyə 12823 manat vəsait xərclənmişdir.                       Ağcabədi şəhər M.Ə.Rəsulzadə küçəsində 17550 kv.m və ya                3680 metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm yayılaraq düzəldilmişdir. Bu layihəyə 27658 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər M.Ə.Sabir küçəsində 5750 kv.m və ya 1150 metr  yol sahəsi hamarlanmış profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir. Bu layihəyə 9564 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər Üzeyir Hacıbəyov kolxozu ərazisində 15600 kv.m və ya 3900 metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir.Bu layihəyə   7974 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər Z.Adıgözəlov  küçəsində 1320 kv.m və ya 330metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm  qalınlığında yayılaraq düzəldilmişdir. Bu layihəyə 2077 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər N.Allahverdiyev küçəsində 4000 kv.m və ya               800 metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir. Bu layihəyə  6600 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər H.Aslanov küçəsində 360 kv.m və ya 69 metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir. Bu layihəyə 896 manat vəsait xərclənmişdir.

Ağcabədi şəhər Qarabağ küçəsində 1400 kv.m və ya 350 metr yol sahəsi hamarlanmış  profilə salınaraq xırda dənəli qırmadaşla 6 sm qalınlığında yayılaraq düzəldilmişdir. Bu layihəyə 2382 manat vəsait xərclənmişdir.

Vətəndaş qəbulu və müraciətlərin həlli

Ağcabədi Bələdiyyəsində vətəndaş qəbulu və müraciətlərin operativ, ədalətli və şəffaf şəkildə həlli fəaliyyətin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu Öndər Heydər Əliyevin “Xalq hakimiyyətin mənbəyidir və dövlət orqanlarının əsas vəzifəsi xalqa xidmət etməkdir” prinsipi bələdiyyənin bütün fəaliyyət sahələrində rəhbər tutulur.

2025-ci il ərzində Ağcabədi Bələdiyyəsində ümumilikdə                          1505 vətəndaş qəbul edilmiş, o cümlədən səyyar qəbulda 550 nəfərdən çox, idarə binasında 955 nəfər olmuş,  onların müraciət və təklifləri birbaşa şəkildə dinlənilmişdir. Qaldırılan məsələlərin əhəmiyyətli bir hissəsi yerində həll olunmuş, həlli bələdiyyənin səlahiyyətlərinə aid olmayan müraciətlər üzrə isə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər göndərilmiş və nəzarət qaydasında izlənilmişdir.

Qəbul prosesində hər bir vətəndaşa fərdi yanaşma təmin edilmiş, sosial ədalət, humanizm və şəffaflıq prinsiplərinə xüsusi diqqət yetirilmişdir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin                      “Hər bir məmur bilməlidir ki, onun əsas vəzifəsi xalqa vicdanla xidmət etməkdir” fikri Ağcabədi Bələdiyyəsinin gündəlik fəaliyyətinin əsasını təşkil edir.

Bələdiyyə bundan sonra da vətəndaş məmnunluğunun yüksəldilməsi, müraciətlərin vaxtında və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirəcəkdir.

İdeoloji və strateji istiqamətlər

Ağcabədi Bələdiyyəsinin fəaliyyəti Azərbaycan dövlətinin müəyyən etdiyi strateji inkişaf xəttinə tam uyğun şəkildə qurulmuşdur. Ulu Öndər Heydər Əliyevin “Güclü dövlətin təməlində güclü iqtisadiyyat və xalqın rifahı dayanır” dövlətçilik konsepsiyası bələdiyyə fəaliyyətinin ideoloji əsasını təşkil edir. Bu baxımdan qəbul edilən bütün qərar və təşəbbüslər milli maraqlara, hüquqi prinsiplərə və sosial məsuliyyətə söykənir.

Bələdiyyənin fəaliyyət strategiyası Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü və ədalətə əsaslanan inkişaf siyasəti ilə uzlaşdırılmışdır. Dövlət başçısının “Sosial ədalət bizim siyasətimizin əsasını təşkil edir” fikri yerli özünüidarəetmə sahəsində həyata keçirilən tədbirlərin istiqamətverici xəttidir.

Ağcabədi Bələdiyyəsi qarşıdakı dövrdə yerli özünüidarəetmə institutlarının müasir çağırışlara uyğun təkmilləşdirilməsini, əhalinin sosial rifahının yüksəldilməsini, yaşayış mühitinin yaxşılaşdırılmasını və sosial infrastrukturun davamlı inkişafını prioritet vəzifə kimi müəyyən etmişdir.

“Biz birlikdə güclüyük” prinsipindən çıxış edən bələdiyyə kollektivi əmindir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında ölkəmizdə əldə olunan inkişaf və sabitlik Ağcabədi rayonunda da ardıcıl şəkildə davam edəcəkdir. Bu əminliyin əsasını xalq–dövlət birliyi, vətəndaşların dövlətə olan yüksək etimadı və dövlətin xalqa göstərdiyi daim artan diqqət və qayğı təşkil edir.

Bələdiyyə kollektivi qarşısına qoyduğu məqsədlərə çatmaq üçün      Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət etməyi,  Dövlət başçısı cənab İlham Əliyevin müəyyən etdiyi strateji kursu dəstəkləməyi və müasir, güclü Azərbaycanın inkişafına öz töhfəsini verməyi əsas vəzifə hesab edir.

Bələdiyyəmizin problemləri

Bu gün Ağcabədi bələdiyyəsinin fəaliyyəti zamanı üzləşdiyi bir sıra ciddi və sistemli problemləri diqqətinizə çatdırmaq istəyirəm. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Qanunun aliliyi olmayan yerdə nə inkişaf olar, nə də ədalət.” Məhz bu prinsipə əsaslanaraq mövcud çətinlikləri açıq və rəsmi şəkildə ifadə etməyi vacib hesab edirik.

Birinci problem həyətyanı torpaq sahələrinin satışı ilə bağlıdır.              Bu sahədə əsas çətinlik Əmlak idarəsinin qeyri-qanuni olaraq Qiymətləndirmə Palatası tərəfindən müəyyən edilmiş rəsmi qiymətləri tanımamasından qaynaqlanır. Qanunla müəyyən edilmiş qiymətləndirmə mexanizminin qəbul edilməməsi torpaq satışının həyata keçirilməsini mümkünsüz edir, həm bələdiyyənin gəlirlərinə, həm də vətəndaşların qanuni hüquqlarına ciddi zərər vurur.

İkinci mühüm məsələ kənd təsərrüfatı təyinatlı torpaqların hərraca çıxarılmasıdır. Təəssüf ki, aidiyyəti qurumun mövqeyi və süni əngəlləri səbəbindən bu torpaqların hərracı qəsdən ləngidilir. Nəticədə torpaq ehtiyatları dövriyyədən kənarda qalır, kənd təsərrüfatının inkişafına maneələr yaranır.

Üçüncü problem Ağcabədi Rayon İcra Probasiya Şöbəsinə bələdiyyəmiz tərəfindən göndərilmiş icra sənədlərinin qəbul edilməsinə baxmayaraq, 2025-ci il ərzində baxılmamış qalmasıdır. Bu hal icra intizamına xələl gətirir, qəbul edilmiş qərarların icrasını yubadır və hüquqi qeyri-müəyyənlik yaradır.

Dördüncü məsələ kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə mülkiyyət hüququnun hələ də tanınmamasıdır. Bu problem torpaq istifadəçilərinin uzunmüddətli planlar qurmasına, investisiya yatırmasına və istehsalı genişləndirməsinə ciddi maneə törədir.

Beşinci və ən narahatedici problem isə kənd təsərrüfatı təyinatlı torpaqlarda örüş sahələrinin qanunsuz şəkildə əkilməsidir. Bu hallar üzrə bələdiyyə tərəfindən 30-dan çox sahibkar barəsində aktlar tərtib edilmiş, Əmlak Komitəsi tərəfindən cərimələr tətbiq olunmuş, materiallar İcra Hakimiyyətinə və Polis Şöbəsinə göndərilmişdir. Lakin görülən tədbirlərə baxmayaraq, bu qanunsuzluqlar təkrar olunur.

Qarşıda duran vəzifələr.

Ağcabədi bələdiyyəsinin 2026-cı il üçün qarşıya qoyduğu əsas məqsəd və vəzifələri diqqətinizə çatdırmaq istəyirəm. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “İqtisadi cəhətdən güclü olan dövlət sosial problemləri daha uğurla həll edə bilər.” Məhz bu strateji baxış əsasında bələdiyyəmiz qarşıdakı dövr üçün fəaliyyətini planlaşdırmışdır.

Birinci və əsas prioritet məsələ kommunal xidmət sahəsinin yaradılmasıdır. Bu məqsədlə kəndlərdə və şəhərin ucqar küçələrində məişət tullantılarının vaxtında daşınması üçün əhali ilə müqavilələr bağlanması nəzərdə tutulur. Xidmətin effektiv təşkili üçün 3 ton yük götürmə və boşaldıcı qabiliyyətinə malik 2 ədəd avtonəqliyyat vasitəsinin alınması planlaşdırılır.  Eyni zamanda, bu sahədə davamlı və şəffaf fəaliyyətin təmin olunması məqsədilə “Kommunal Abadlıq” MMC-nin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

İkinci mühüm istiqamət sosial yönümlü layihələrlə bağlıdır. Bələdiyyə tərəfindən əkilmiş 10 hektar taxıl sahəsinin becərilərək əldə olunan məhsulun aztəminatlı ailələrə, eləcə də şəhid və qazi ailələrinə ədalətli və şəffaf şəkildə paylanması nəzərdə tutulur.   Bu, sosial ədalətin təmininə xidmət edən mühüm addımdır.

Üçüncü məsələ Ağcabədi şəhərində bələdiyyəyə məxsus marşrut xəttinin açılmasıdır. Bu məqsədlə müvafiq nəqliyyat vasitəsinin alınması planlaşdırılır ki, bu da əhalinin gündəlik gediş-gəlişini asanlaşdıracaq.

Dördüncü olaraq qeyd etmək istərdim ki, 2026-cı il üçün bələdiyyənin büdcə planı 390 min manatdan 500 min manata qaldırılmışdır. Bu artım yeni layihələrin icrasına geniş imkanlar yaradır.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi:“Sosial rifahın yüksəldilməsi dövlət siyasətimizin əsas istiqamətlərindən biridir.” Əminik ki, qarşıya qoyulan bu vəzifələr Ağcabədinin inkişafına və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Nəticə:

2025-ci il ərzində əldə edilmiş nəticələr bir daha təsdiq edir ki, Ağcabədi Bələdiyyəsi yerli səviyyədə dövlət siyasətinin ardıcıl və səmərəli icraçısı kimi fəaliyyət göstərmişdir. Ulu Öndər Heydər Əliyevin “Dövlət siyasətinin əsas məqsədi insan amilinin önə çəkilməsidir” fikrinə uyğun olaraq, bələdiyyənin fəaliyyəti vətəndaş rifahının yüksəldilməsinə və sosial məsuliyyətin gücləndirilməsinə yönəldilmişdir.

Hesabat dövründə 31 bələdiyyə iclasının keçirilməsi, bələdiyyə gəlirlərinin 225 faiz artması, sosialyönümlü layihələrin əhatə dairəsinin genişlənməsi, vətəndaşlarla səmimi və açıq dialoqun gücləndirilməsi, eləcə də infrastruktur sahəsində həyata keçirilən yeniləmə tədbirləri görülən işlərin real nəticələrini əks etdirir. Xüsusilə vurğulanmalıdır ki, 2025-ci il üzrə yerli büdcə gəlirlərinin yığımı sahəsində  Ağcabədi Bələdiyyəsi respublika üzrə bələdiyyələr arasında birinci yerə çıxmışdır. Bu mühüm nailiyyət bələdiyyədə tətbiq edilən effektiv maliyyə idarəçiliyinin, şəffaf mexanizmlərin və vətəndaş–bələdiyyə əməkdaşlığının bariz göstəricisidir.

Bələdiyyə kollektivi qarşıdakı dövrdə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin “Şəffaflıq və hesabatlılıq müasir idarəetmənin əsas şərtləridir” prinsipini rəhbər tutaraq, dövlətin etimadını doğrultmaq, vətəndaş məmnunluğunu artırmaq, açıq və məsuliyyətli idarəetməni daha da möhkəmləndirmək istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirəcəkdir.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi onun vətəndaşlarıdır” müdrik kəlamına sadiq qalan Ağcabədi Bələdiyyəsi xalqın inamına arxalanaraq, dövlət siyasətini əməli fəaliyyəti ilə dəstəkləməyi və sosial rifahın təmin olunmasına töhfə verməyi özünün əsas vəzifəsi hesab edir.

Ağcabədi Bələdiyyəsi əmindir ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da sosial-iqtisadi inkişaf, yenilənmə və əhalinin rifahının yüksəldilməsi istiqamətində əldə olunan nailiyyətlər davamlı xarakter daşıyacaqdır.

Yekun

Ağcabədi Bələdiyyəsinin fəaliyyətinə göstərilən diqqətə, yaradılan şəraitə və rayon bələdiyyələrinə daim yaxından göstərilən dəstəyə görə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı, hörmətli cənab                   Rafil Hüseynova dərin minnətdarlığımızı bildiririk. Ulu Öndər Heydər Əliyevin “Xalqla məsləhətləşmədən, xalqın fikrini öyrənmədən düzgün idarəetmə mümkün deyil” prinsipini rəhbər tutan  Ağcabədi Bələdiyyəsi bu kimi hesabat tədbirlərini vətəndaşlarla açıq dialoqun, şəffaflığın və hesabatlılığın mühüm tərkib hissəsi hesab edir.

Ağcabədi Bələdiyyəsi bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müəyyən etdiyi strateji xəttə uyğun olaraq, dövlət–xalq birliyinə əsaslanan fəaliyyətini davam etdirəcək, üzərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirərək rayonun və sakinlərin rifahına xidmət edəcəkdir.

İsmayıl Rəsulov 

Ağcabədi bələdiyyəsinin sədri 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər