Nicat Səmədzadə: “Layihə Siyəzən RİH-in təşkilatçılığı və bələdiyyənin dəstəyi ilə həyata keçirilir”
“Hazırda görkəmli dramaturq Cəfər Cabbarlının heykəlinin rayonun mərkəzi kitabxanasının önünə köçürülməsi qərara alınıb”- bu fikirləri Belediyye.infoya Siyəzən bələdiyyəsinin sədri Nicat Səmədzadə deyib.
Sədr deyib ki, layihə Siyəzən RİH-in təşkilatçılığı və Siyəzən
bələdiyyəsinin dəstəyi ilə həyata keçirilir. Bu günlərdə Siyəzən Rayon İcra
Hakimiyyətinin başçısı Novruz Novruzov tikinti meydançasında
olaraq inşaat işlərini gedişi ilə maraqlanıb.
Sədr
qeyd edib ki, Siyəzən rayonundan olan ziyalıların və vətəndaşların
çoxsaylı müraciətlərinə əsasən və müvafiq dövlət qurumlarının razılıqları
alınmaqla, Siyəzən şəhər 1 saylı tam orta məktəbin həyətində yerləşən görkəmli
dramaturq Cəfər Cabbarlının heykəlinin Heydər Əliyev Seyrəngahındakı Mərkəzi
Kitabxananın qarşısında yerləşdirilməsi qərara alınıb. Hazırda heykəlin
köçürülməsi ilə bağlı tikinti-quraşdırma işləri aparılır.
Xatırladaq ki, bu addımın atılması şəhər mühitinin estetik
baxımdan zənginləşdirilməsinə xidmət edir.
Hazırda postamentdə son tamamlama işləri yekunlaşmaq üzrədir.
Layihənin Novruz bayramının ilk çərşənbə
günlərində yekunlaşdırılması nəzərdə tutulur.
Belediyye.info
Rəylər
0 Rəy