Asif Həşimov: “Otuz altı il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır”
“20 Yanvar hüzn günündə Vəndam bələdiyyəsinin kollektivi qəsəbədə ucaldılan Şəhidlər xiyabanını ziyarət edərək abidə öününə gül dəstələri qoyublar”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu Vəndam Bələdiyyəsinin sədri Asif Həşimov deyib.
Sədr
qeyd edib ki, mərasim bələdiyyənin dəstəyi ilə təşkil edilən ehsan - çay süfrəsi ilə davam etdirilb.
Tədbir
də çıxış edən sədr Asif Həşimov deyib
ki, “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi
hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək
üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu
qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı
bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Otuz altı il əvvəl Azərbaycan
xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa
qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır”
Sədr
daha sonra qeyd edib ki, yalnız Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi
hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət
verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında
1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi
təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin
ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20
Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o
cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət
mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Mərasimdən sonra sədr Asif Həşimov başda olmaqla bir qrup bələdiyyə üzv və qulluqçusu hüzn günündə şəhid Aqşin Qədizadənin anası Səbinə Qədirovanın ziyarətində olub.
Şəhidin qəhrəmanlıq yolu haqqında söhbət açılmış, şəhid və qazi ailələrinə
dövlət qayğısından danışılmış, şəhid anasının sosial məişət qayğıları ilə
maraqlanılmışdır. Şəhid anasının xahişi ilə bələdiyyə tərəfindən odun
yanacağı ilə təmin edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin...
Belediyye.info
Rəylər
0 Rəy