Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2026 , 00:35

556

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İlham Səfərov: “Məqsədimiz  şəffaflıq, hesabatlılıq və vətəndaş məmnunluğuna əsaslanaraq fəaliyyətimizi davam etdirməkdir”


“Yerli vergilərin yığım həcmini ötən il 71 faizədək artımağa nail olmuşuq. Belə ki, əgər 2024 cü il ərzində 109.246 manat həcmində yerli vergi olmuşdursa, ötən il bu rəqəm 187.164 manata bərabər olub”- bu fikirləri Belediyye.infoya Şirvan bələdiyyəsinin sədri İlham Səfərov deyib.

Sədr qeyd edib ki,  2025-ci il ərzində Şirvan bələdiyyəsi mövcud qanunvericiliyinə, bələdiyyələrin fəaliyyət prinsiplərinə və yerli əhalinin sosial ehtiyaclarına uyğun olaraq şəhər ərazisində bir sıra sosial, kommunal və ictimai əhəmiyyətli tədbirlərin icrasını təmin etmişdir.

Bələdiyyənin fəaliyyətində əsas prioritetlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri, müharibə iştirakçıları və həssas təbəqədən olan vətəndaşlara dəstəyin artırılması, şəhər infrastrukturunun qorunması və ictimai-mədəni həyatın inkişaf etdirilməsi olmuşdur.

Sədr daha sonra qeyd edib ki, 2025-ci il ərzində bələdiyyə tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə, sağlamlıq problemləri ilə üzləşən vətəndaşlara və xüsusi qayğıya ehtiyacı olan şəxslərə maddi yardımlar göstərilmişdir. Bu istiqamətdə:

Şəhid ailələrinə sosial dəstək məqsədilə - 21 380 manat,

Vətən müharibəsi iştirakçılarına sosial dəstək məqsədilə - 2 500 manat,

Ümumi səbəblərlə bağlı dəfn və mərasim xərclərinin qarşılanması üçün - 9 934 manat,

Həssas kateqoriyadan olan ailələrə maddi yardım kimi - 4 845 manat.

Bu tədbirlər sosial ədalətin təmin olunmasına, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə və dövlətin sosial siyasətinə yerli səviyyədə töhfə verilməsinə xidmət etmişdir.

2025-ci il ərzində şəhər ərazisində yaşayış mühitinin yaxşılaşdırılması, şəhərdə ümumi görünüşün abadlaşdırılması məqsədilə bir sıra abadlıq və yol infrastrukturu sahəsində tədbirləri həyata keçirilmişdir. Bu sahədə:

Abadlıq işlərinə - 24.064 manat,

Şəhər ərazisində yolların cari təmiri və saxlanılması işlərinə - 9 800 manat vəsait sərf olunmuşdur.

Milli-mənəvi dəyərlərin qorunması, ictimai həmrəyliyin möhkəmləndirilməsi və şəhər sakinlərinin mədəni həyatında fəallığın artırılması məqsədilə milli və kütləvi bayram tədbirlərinin təşkili həyata keçirilmişdir. Bu istiqamətdə - 30 880 manat vəsait istifadə olunmuşdur.

Şirvan bələdiyyəsi tərəfindən 2025-ci il ərzində həyata keçirilmiş tədbirlər yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və şəhərin sosial-iqtisadi həyatının canlandırılmasına yönəlmişdir.

Bələdiyyə qarşıdakı dövrdə də şəffaflıq, hesabatlılıq və vətəndaş yönümlü idarəetmə prinsiplərinə əsaslanaraq fəaliyyətini davam etdirməyi qarşıya məqsəd qoyur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər