Mingəçevir bələdiyyəsində “Müstəqillik yolunun ilk addımı” mövzusunda dəyirmi masa keçirilib
Mingəçevir Bələdiyyəsi tərəfindən 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Müstəqillik yolunun ilk addımı” mövzusunda dəyirmi masa təşkil olundu.
Dəyirmi
masa iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Şəhidlərinin əziz xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Tədbir Mingəçevir Bələdiyyəsinin sədri Anar
İsmayılovun giriş nitqi ilə başladı. Çıxışında o, 20 Yanvar faciəsinin Azərbaycan
xalqının azadlıq və müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu, şəhidlərimizin
qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladı.
Daha
sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Şəhid Ailələrini
Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova və bələdiyyənin şöbə müdiri Zahid
Qasımlı çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın milli yaddaşında əbədi
yer tutduğunu, bu faciənin eyni zamanda milli birliyin və müstəqillik əzminin rəmzi
olduğunu qeyd etdilər.
Tədbir şəhidlərimizin xatirəsinin daim uca tutulacağı və onların ideallarına sadiq qalınacağı fikri ilə yekunlaşdı.
Mingəşevir bələdiyyəsi
Rəylər
0 Rəy