Murad Muradov: “Şəffaflıq, hesabatlılıq və sakinlərin maraqlarının qorunması Səfikürd bələdiyyəsinin fəaliyyətinin əsas prinsipləridir”
Goranboy rayonu Səfikürd bələdiyyəsinin 2025 və 2026-cı illərin yanvar–oktyabr ayları üzrə büdcə gəlirlərinin müqayisəsi yerli özünüidarəetmə orqanının maliyyə fəaliyyətində müsbət dinamikanın formalaşdığını göstərir.
Bu barədə
Belediyye.infoya məlumat verən Səfikürd bələdiyyəsinin sədri Murad Muradov
bildirib ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyənin büdcə gəlirləri 22 684
manat təşkil etdiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 174,2 faiz
artıb.
Sədrin
sözlərinə görə, gəlirlərin artması, ilk növbədə, torpaq, əmlak və icarə
haqlarının yığılması istiqamətində görülən işlərin, mövcud gəlir mənbələrindən
daha səmərəli istifadə olunmasının və maliyyə intizamının gücləndirilməsinin nəticəsidir.
Qeyd
olunub ki, 2026-cı ilin yanvar–oktyabr aylarında bələdiyyənin büdcəsinə torpaq
vergisindən 12.043 manat, əmlak vergisindən 11.486 manat, bələdiyyə mülkiyyətinin
icarəsindən 16.248 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 7.747
manat, ianələrdən 3.037 manat, digər gəlirlərdən isə 3.629 manat vəsait
daxil olub.
Bu göstəricilər
bələdiyyənin öz gəlir imkanlarının genişləndiyini və yerli büdcənin maliyyə
potensialının artdığını təsdiqləyir.
2027-ci il
üçün nəzərdə tutulan hədəflərdən danışan Murad Muradov bildirib ki, qarşıdakı
ildə əsas məqsəd əldə edilmiş müsbət nəticələri qorumaq, büdcə gəlirlərini daha
da artırmaq və kəndin inkişafı üçün əlavə maliyyə imkanları yaratmaqdır.
Bələdiyyə
iclasında müzakirəyə çıxarılan 2027-ci il üzrə büdcə layihəsində Səfikürd bələdiyyəsinin
gəlirlərinin ümumilikdə 79 860 manat olması nəzərdə tutulur.
Bu məbləğin
gəlir mənbələri üzrə bölgüsü aşağıdakı kimidir:
Torpaq
vergisi – 11 810 manat;
Əmlak
vergisi – 10 810 manat;
Bələdiyyə
mülkiyyətinin icarəsindən – 20 010 manat;
Bələdiyyə
mülkiyyətinin özgəninkiləşdirilməsindən – 24 230 manat;
Dotasiya –
9 100 manat;
Stasionar
olmayan səyyar ticarət, ictimai iaşə və digər xidmət sahələrinə görə ödənişlər
– 3 900 manat.
2027-ci il
üçün müəyyənləşdirilən bu hədəflər bələdiyyənin gəlir bazasının genişləndirilməsinə,
mövcud resurslardan səmərəli istifadəyə və maliyyə imkanlarının artırılmasına
xidmət edir.
Murad
Muradov vurğulayıb ki, bələdiyyə fəaliyyətinin əsas göstəricisi yalnız büdcəyə
daxil olan vəsaitlərin həcmi deyil, həm də həmin vəsaitlərin kəndin inkişafına,
abadlıq işlərinə, sosial məsələlərin həllinə və sakinlərin rifahının yüksəldilməsinə
nə dərəcədə töhfə verməsidir.
“Bu
istiqamətdə torpaq və əmlak vergilərinin uçotunun dəqiqləşdirilməsi, vergi
borclarının azaldılması, icarə münasibətlərinin qanunvericiliyin tələblərinə
uyğun tənzimlənməsi, yeni gəlir mənbələrinin müəyyənləşdirilməsi və büdcə vəsaitlərinin
şəffaf istifadəsi əsas fəaliyyət istiqamətlərimiz olacaq.
Hər bir
sakinin bələdiyyənin fəaliyyətinə göstərdiyi diqqət və dəstək bizim üçün böyük əhəmiyyət
daşıyır. Vergi və digər yerli ödənişlərin vaxtında həyata keçirilməsi kəndimizin
ümumi inkişafına verilən mühüm töhfədir.
Bizim üçün şəffaflıq, hesabatlılıq və sakinlərin maraqlarının qorunması bələdiyyə fəaliyyətinin əsas prinsipləridir”, – deyə Murad Muradov qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy