Ruslan Əhmədov: “Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi…”
“Ötən ilin dekabrında nəzərdə tutduğumuz büdcə gəlirinin 68 faizini artıq ilk altı ayda əldə edə bilmişik”- bu fikirləri Bərdə bələdiyyəsinin sədri Ruslan Əhmədov deyib.
Ruslan
Əhmədov deyib ki, bələdiyyənin büdcəsi 2026-cı il üçün 210.000 manat
proqnozlaşdırıldığı halda artıq birinci yarımillikdə büdcə gəlirlərinin həcmi 142.499 manat olub. Bu isə proqnozun 68 faizi
deməkdir. Bu vəsaitin 13.641 manatı fiziki
şəxslərdən əmlak vergisindən, 1.883
manatı fiziki şəxslərdən torpaq vergisindən, 16.842 manatı bələdiyyə mülkiyyətinin
icarəyə verilməsindən və 110.132 manatı isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsdindən
daxi lolub. Sədr əlavə edib ki, 2025-ci
ildən istifadə edilməmiş kassa qalığı 61.688 manat olub.
Ruslan Əhmədov
açıqlamasında daha sonra qeyd edib ki, 2026-cı ilin birinci yarım
illiyində bələdiyyə büdcəsindən 107.274 manat vəsait xərclənib. Əmək və xidmət
haqlarına 51.235 manat, abadlıq işlərinə və maddi yardımlara 46.890 manat vəsait
sərf olunmuşdur.
Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərini artırmaqla, həm də bələdiyyənin dayanıqlı maliyyə mənbəyinin yaradılmasına çalışmaqdır.
Rəylər
0 Rəy