Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 00:12

138

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Təltif edilənlər sırasında xanım bələdiyyə sədrləri də var

YAP Goranboy rayon təşkilatının inzibati binasında "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə partiyaya uzun illər ləyaqətlə xidmət etmiş, partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirak etmiş bir qrup qadın üzvləri ilə görüş keçirildi.

Tədbirdə, çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva qadınların cəmiyyətimizdəki roluna toxunaraq bildirmişdilər ki, qədim tarixə malik müdrik Azərbaycan xalqı həyatın bütün mərhələlərində özünün ləyaqətli qadınları ilə qürur duymuşdur. Gözəllik, yüksək əxlaq, mənəvi saflıq nümunəsi olan Azərbaycan qadınları daim yüksək hörmət və ehtirama layiqdirlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu nəcib fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bayram münasibətilə rayon ictimaiyyəti və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının çoxminli üzvləri adından başda Azərbaycan Respublikasının birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva və qəhrəman şəhidlərimizin qadın ailə üzləri olmaqla Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edərək, şəxsi həyatlarında ailə səadəti, fəaliyyətlərində uğurlar arzuladılar.

Sonda tədbirdə iştirak edən bir qrup qadın üzvlər, o cümlədən rayonda formalaşdırılan bələdiyyələrin xanım  sədrləri  YAP Goranboy rayon təşkilatının həyata keçirdiyi tədbir və layihələrə verdikləri töhfələrə, o cümlədən "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə və partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştiraklarına görə hədiyyə və Fəxri Fərmanla təltif olunmuşlar.

Təltif olunan qadın partiya üzvləri onlara göstərilən diqqətə və etimada görə dövlətimizə və Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildirdilər.



Rəylər

0 Rəy


Rəy yaz