Günel Ağayeva: “Hər bir müraciət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı addım atılır”
“Bu gün bələdiyyənin əsas vəzifəsi inzibati ərazi daxilində vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaq olmalıdır. Müraicət edən hər bir sakini dinləmək və onların qaldırdığı məsələlərin həllinə nail olmaq üçün bələdiyyənin həm də strateji proqramı olmalıdır”- bu fikirləri Belediyye.infoya Qəbələ rayonu, Nohurqışlaq bələdiyyəsinin sədri Günel Ağayeva deyib.
Sədr
qeyd edib ki, bələdiyyədə keçirilən vətəndaş qəbullarında və ayrı-ayrı vətəndaşların
fərdi müraciətləri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı
addım atılır.
Yanvar
və fevral aylarında qəbulda olan 13 şəhid, qazi və kənd sakini dinlənilmiş və qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addım atılmışdır.
İki
aya yaxın bir dövrdə 1.900 manat həcmində 12 nəfərə, o cümlədən 3 Tüntül kənd
sakini, 4 nəfər Yengicə kənd sakini və 6 nəfər Nöhurqışlaq kənd sakininə 100-200
manat civarında maddi yardım, o cümlədən
ailə üzvünün vəfati ilə bağlı 200 manat
həcmində bir nəfərə maddi yardım göstərilmişdir.
Sədr
qeyd edib ki, bu gün Nohurqışlaq bələdiyyəsinin əsas vəzifəsi bələdiyyə ərazisində
vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belediyye.info
Rəylər
0 Rəy