Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-02-2026 , 09:07

157

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Fidan Fərzəliyeva: ”Bu gün əldə etdiyimiz uğurlar  kollektivin birgə əməyinin nəticəsi də hesab etmək olar”


“Ötən bir il bizim üçün həm də təcrübə dövrü oldu.  Bir tərəfdən bələdiyyəni tanıdır, digər tərəfdən bələdiyyənin üzləşdiyi problemləri həllinə çalışır, başqa bir tərəfdən vergi-uçot  sistemini qurmağa çalışmışıq”- bu fikirləri Belediyye.infoya Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva bələdiyyənin yeni seçkidən sonra fəaliyyətinin biri ilinin tamamına münasibət bildirərkən deyib.

Sədr qeyd edib ki, inzibati binada cari təmir işləri aparmaqla səliqə-səhman yaratmaqdan başlamış Şabran bələdiyyəsinə birləşdirilən bələdiyyələrin ərazisində monitorinq aparmaqla, həm də BAMS -proqramının verdiyi imkandan mümkün qədər istifadə etməklə bu gün bələdiyyənin əvvəliki illərdən yığılıb qalmış problemlərinin həllinə nail olmaqla hədəfə doğru addım atdıq.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının yekun toplantısında İdarə heyətinə üzv seçilməyimiz həm də bizə göstərilən bir etimad idi. Bu gün əldə etdiyimiz uğurlar  kollektivin birgə əməyinin nəticəsi də hesab etmək olar.

Bir ilin tamamını bələdiyyənin üzvləri ilə birgə qeyd etdiklərini deyən sədr Fidan Fərzəliyeva növbəti illərdə daha böyük uğurlara imza atacaqlarına inandığını bildirib.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər