Royal Cəfərov: “Əvvəlki illərdə yaranmış DSMF-yə olan borcun cari ildə tam şəkildə bağlanılmasını təmin edəcəyimizə inanıram”
Bu gün ölkəmizdə formalaşan 685 bələdiyyənin 30 faizədək hissəsinin DSMF və digər qurumlara borclu olduğundan bank hesabları bağlı olmaqla yanaşı, bələdiyyənin məsul şəxsi kimi sədrin ölkədən çıxışına Məhkəmə qərarı ilə məhdudiyyət qoyulur. Borcun həcminin kifayət qədər olması məsələnin ciddiliyindən xəbər verir. Lakin birləşdirmə zamanı nümunəvi bir bələdiyyənin birdən-birə borclu duruma düşəcəyi barədə fikirlərimizi xeyli əvvəl yazmışdıq. Bu gün bələdiyyələrin DSMF-yə 6 milyon manatdan artıq DSMF borcunun olduğu deyilir. Hər bir halda böyük rəqəmdir. Borcun aqibəti və yeni formlaşan bələdiyyələrin fəaliyyətinə ciddi problem yaşatmaması üçün bir sıra təkliflər məsul şəxslər tərəfindən hələ assosiasiyaların hesabat yığıncaqlarında səsləndirilmişdi. Bu gün borcun sistemli şəkildə bağlanılması üçün bri sıra ciddi addımlar atılır. Ancaq bələdiyyələrdə borcun bağlanılması üçün yerində saymamalı, bələdiyyə iclasında borcun bağlanılması üçün konkret streteji yol xəritəsi çəkilməli və fəaliyyətlərini məhz bu səpgidə davam etdirməlidirlər.
Qeyd
edək ki, DSMF-yə borclu olan bələdiyyələrdən
biri də Yevlax rayonu Xaldan bələdiyyəsidir. Xaldan bələdiyyəsinin Dövlət Vergi
Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə 30 985.44 manat vergi borcu
yaranıb. Bu borc əslində DSMF-yə olan borcdur. Məhkəmənin hökmü ilə onun
ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Bəs maraqlıdır borc necə yaranıb və onun bağlanılması ilə
bağlı bələdiyyə hansı
addım atmaq niyyətindədir?
Sualı
cavablandıran
adıçəkilən bələdiyyənin sədri Royal Cəfərov Belediyye.infoya açıqlmasında
bildirib ki, Azərbaycan Respulikasının
18 oktyabr 2024-cü il tarixli "Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Qanununa əsasən Aşağı Salamabad, Ərəş,
Xaldan və Qaraoğlan bələdiyyələrinin əhatə etdiyi Meyvəli qəsəbəsi və Aşağı
Salamabad, Əcəmi, Ərəş, Xaldan, Quşçu, Yuxarı Salamabad, Qaraoğlan kəndləri də daxil olmaqla Xaldan bələdiyyəsi formalaşdırıldı.
Röyal Cəfərov 18 fevral 2025-ci il tarixdə keçirilən bələdiyyənin ilk iclasında bələdiyyə sədri olaraq seçilib.
Sədr qeyd edib ki, haqqında danışılan borcun həcmi ötən ilin fevralında 45.691 manat olub. Bu borc isə Xaldan bələdiyyəsinin
və ona birləşdirilən keçmiş Qaraoğlan,
Aşağı Salamabad və Ərəş bələdiyyələrinin
Dövlət Vergi Xidmətinə vaxtında
ödənilməmiş qalan DSMF və digər vergi
borclarıdır.
Səlahiyyətli və öhdəliyi olan şəxs kimi sözügedən vergi
borcunun bir hissəsini qısa müddətdə
14.321 manatının ödənilməsi təmin edilib.
Bu
gün bələdiyyə iclasının qərarı ilə borcun bağlanılması üçün bələdiyyənin
kollektivi var qüvvəsi ilə çalışır. BAMS
proqramının verdiyi imkandan yararlanmaqla, həm də bələdiyyənin vergi-uçot
sistemindəki boşluqları aradan qaldırmaqla, habelə debitor borcların yığılması
ilə bağlı bələdiyyədə ciddi addımlar atılır. Etiraf edək ki,
bu günədək bələdiyyənin vergi-uçot sisteminin
qənaətbəxş səviyyədə olmaması nəticədə büdcə gəlirlərinin həcminə də öz təsirini göstərmiş oldu.
Odur ki, ilk addımımız məhz borcun bağlanılması üçün kollektivin bütün qüvvəsini səfərbər edilməsi oldu. 15 min manata
yaxın borcun ödənilməsi məhz bu
addımların sayəsində baş tutub.
Sədr qeyd edib ki, fəaliyyəti dövründə şəffaflıq, ədalət, qanunçuluq və vətəndaş məmnuniyyəti mənim
üçün ən başlıca və əsas prinsipdir. Hazırda bələdiyyə sədri kimi maliyyə
intizamının gücləndirilməsi, əvvəlki dövrlərdən yaranmış öhdəliklərin icrası və
şəffaf idarəetmənin təmin olunması məqsədli zəruri tədbirlərin həyata keçirilməsi
üçün fəaliyyətimizin daha da genişləndirilməsinə səy göstəririk.
Sədr
maliyyə sabitliyinin təmin edilməsi və şəffaf fəaliyyət prinsiplərinin Xaldan bələdiyyəsi olaraq əsas prioritetlərindən biri kimi hesab edir. Eyni
zamanda Dövlət büdcəsi qarşısında öhdəliklərin vaxtında və tam icrası, maliyyə
məsuliyyəti və şəffaflıq bundan sonra da bələdiyyənin fəaliyyətinin əsas prinsipi olacaqdır.
Sədr sonda Xaldan bələdiyyəsinin sədri olaraq əvvəlki illərdə yaranmış DSMF-yə olan borcun cari ildə tam şəkildə bağlanılmasının təmin ediləcəyinə inandığını qeyd edib.
Belediyye.info
Rəylər
0 Rəy