Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-02-2026 , 11:05

149

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

 Şirvan bələdiyyəsinin “Şəhərsalma və Memarlıq İli”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2026-cı il tarixli, 912 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, ölkəmizdə şəhər mühitinin daha sağlam, dayanıqlı və müasir prinsiplər əsasında formalaşdırılmasına geniş imkanlar yaradır.

Bu Sərəncamdan irəli gələrək təsdiq olunmuş Tədbirlər Planı, Bakıda və respublikanın digər şəhərlərində ətraf mühitin qorunması, urbanizasiya proseslərinin düzgün idarə olunması, memarlıq irsinin saxlanılması və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

Şirvan Bələdiyyəsi olaraq qeyd etmək istərdik ki, 2026-cı il ərzində şəhər ərazisində:

-mövcud parkların, istirahət zonalarının və yaşıllıq sahələrinin qorunması və 

abadlaşdırılması,

-tarixi və mədəniyyət abidələrinin yerləşdiyi ərazilərdə ətraf mühitin yaxşılaşdırılması,

-yaxın ərazilərdə küçə və ictimai məkanların yenidən qurulması,

-yeni yaşıllıq zolaqlarının salınması, o cümlədən yol kənarı ərazilərdə yaşıllaşdırma 

 işlərinin aparılması,

-şəhər memarlıq simasının qorunması ilə yanaşı, müasir şəhərsalma tələblərinin tətbiqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bu tədbirlərin əsas məqsədi Şirvan şəhərində daha rahat, təhlükəsiz, ekoloji cəhətdən dayanıqlı və estetik yaşayış mühitinin formalaşdırılmasıdır.

Şirvan Bələdiyyəsi olaraq “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən bütün layihələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.

İlham Səfərov

Şirvan Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər