Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2026 , 22:07

71

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qalib Mirzəyev: “Büdcə gəlirlərini artırmaqla  vətəndaşları narahat edən məsələlərin həllinə çalışırıq”

“Bu gün İmişli bələdiyyəsinin DSMF-yə və digər qurumlara hər hansı borcu yoxdur. Bələdiyyənin vergi xidməti orqanı və kollektivin əsas məqsədi vergiləri toplamaqla ərazidə layihələr icra etmək və bununla da şəhərdə vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir” – bu fikirləri İmişli bələdiyyəsinin sədri Qalib Mirzəyev deyib.

Sədr deyib ki, bələdiyyənin çəki və nufuzunu artırmaq üçün vergi xidməti orqanı ciddi şəkildə çalışır və BAMS proqramının verdiyi bütün imkanlardan istifadə etməyə çalışır.

Sədr qeyd edib ki, 2024-cü ilin ilk beş ayı ilə müqayisədə büdcə gəlirlərini 98 faiz, 2025-ci  ilin ilk beş ayı ərzində isə  büdcə gəlirlərini 25 faiz artırmağa nail olunub.   

Belə ki, 2024-cü ilin 5 ay ərzində bələdiyyənin büdcəsinə   49.106 manat vəsait daxil olub ki,  onun da  8.286 manatı torpaq vergisindən, 18.862 manatı əmlak vergisindən, 8.117 manatı bələdiyyə mülkiyyətinin  icarəyə verilməsindən, 13.736 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 105 manatı isə digər istiqamətlərindən daxil olub.  

2025-cü ilin 5 ayı ərzində bələdiyyənin büdcəsinə 78.555 manat vəsait daxil olub ki, onun da 23.462 manatı torpaq vergisindən, 25.889 manatı əmlak vergisindən, 19.327 manatı bələdiyyə mülkiyyətinin  icarəyə verilməsindən, 7.642 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 2.235 manatı isə digər istiqamətlərindən daxil olub.  

2026-cü ilin 5 ayı ərzində bələdiyyənin büdcəsinə   97.561 manat vəsait daxil olub ki, onun da   14.104 manatı torpaq vergisindən, 24.735 manatı əmlak vergisindən,12.807 manatı bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən, 45.165 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 750 manatı isə digər istiqamətlərindən daxil olub.  

Sədr sonda qeyd edib ki, büdcə gəlirlərini artırmaqla  vətəndaşları narahat edən məsələlərin həllinə çalışırıq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər