Anar İsmayılov: “Cari ildə əldə edilən maliyyə vəsaitinin müəyyən hissəsinin sosial yardımlara ayrılması nəzərdə tutulub”
“Əhalinin həssas qruplarının sosial məişət qayğılarının diqqətdə saxlanılması hər bir bələdiyyənin prioritet vəzifələrindəndir”- bu fikirləri Belediyye.infoya Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov deyib. Sədr qeyd edib ki, şəhid, qazi və aztəminatlı ailələrə planlı şəkildə dəstəyin göstərilməsi üçün bələdiyyədə yaradılan işçi qrupunu mütəmadi olaraq hazırladığı hesabatlar bələdiyyə iclasında müzakirəyə çıxarılır. Bələdiyyəyə müraciət edən hər bir vətəndaş bələdiyyənin müvafiq şöbələri tərəfindən qəbul edilir, müraciətin mövzusu müzakirə olunur və bələdiyyədən asılı olan hər bir məsələnin həlli ilə bağlı ciddi addımlar atılır.
Bələdiyyə
sədri 2023-2025 ci illərdə sosial yardımlara ayrılan maliyyə vəsaiti ilə bağlı rəqəmləri də açıqladı.
2023
-cü il üzrə sosial yardımlara bələdiyyə
büdcəsindən 14.382 manat vəsait ayrılıb.
Bu yardımlar 27 şəhid ailəsinə, 23 qaziyə,100 imkansız ailəyə verilib. Bundan əlavə Qurban bayramı münasibətilə 400 şəhid
ailəsi və Qarabağ müharibəsi əlilinə, 100 imkansız ailəyə 7000 manatlıq b ayram
sovqatı paylanılmışdır. 2023-cü ildə bələdiyyənin
gəlirləri 376.621 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş sosial yardımların həcmi 5.67 faiz təşkil edib.
2024-cü
ildə sosial yardımlara 14.423 manat vəsait ayrılıb. Bu yardımlar 22 şəhid ailəsinə,
20 qaziyə,93 imkansız ailəyə verilmişdir. Bundan əlavə Qurban bayramı münasibətilə
400 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə,150 imkansız ailəyə 7700 manatlıq bayram qovqatı paylanılıb. 2024-cü
ildə bələdiyyənin gəliri 407.887 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş
sosial yardımların həcmi 5.42 fazi təşkil
edib.
2025-ci
ildə isə sosial yardımlara 15.022 manat vəsait ayrılıb. Bu yardımlar 19 şəhid
ailəsinə, 25 qaziyə 106 imkansız ailəyə verilib. Bundan əlavə Qurban bayramı münasibətilə
400 şəhid ailəsi və Qarabağ
müharibəsi əlilinə, 100 imkansız ailəyə 7500
manatlıq bayram sovqatı paylanılmışdır.
2025-ci
ildə isə bələdiyyənin büdcə daxilolmalarının
həcmi 465.000 manat olduğu halda gəlirə görə nisbətdə göstərilmiş sosial
yardımların həcmi 5 fazi təşkil edib.
Sədr qeyd edib ki, bələdiyyə iclasının təsdiq etdiyi proqrama uyğun olaraq cari ildə də əldə edilən maliyyə vəsaitinin müəyyən hissəsi məhz sosial yardımlara ayrılması nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy