Vəndam bələdiyyəsi uşaqların iştirakı ilə bayram tədbiri keçirib
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qəbələ rayonu, Vəndam bələdiyyəsinin təşkilatçılığı ilə uşaq bağçasının həyətində bayram tədbiri keçirilib.
Tədbirdə
uşaqlar üçün maraqlı və əyləncəli proqram təşkil olunub.
Vəndam
bələdiyyəsi tərəfindən 40 uşağa bayram hədiyyələri təqdim olunub.
Tədbirin
əsas məqsədi uşaqların hüquq və mənafelərinə diqqətin artırılması, onların xoşbəxt
və qayğısız böyüməsinə dəstək göstərilməsi olub.
Vəndam bələdiyyəsi bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, firavan və xoşbəxt gələcək arzulayır.
Belediyye.info
Rəylər
0 Rəy