Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-06-2026 , 00:35

89

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Bələdiyyə sədrləri elə bir səviyyədə çalışmalıdır ki...”


 “Dövlət büdcəsindən bələdiyyələrə dotasiya və subvensiyanın ayrılması yerliözünüidarəetmə orqanlarının inkişafına söykənən, bu qurumların  üzləşdikləri çətinliklərin aradan qaldırılmasına xidmət edən  sosial bir addımdır”- bu fikirləri Belediyye.infoya  Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Sədrin sözlərinə görə, qanunvericilik qaydasında nəzərdə tutulan bu addımın vaxtında icra edilməsi hər bir bələdiyyə tərəfindən yerli büdcədə nəzərdə tutulmayan və gözlənilməyən layihələrin icrasına yönəldilir. Odur ki, bələdiyyə sədrləri elə bir səviyyədə çalışmalıdır ki, dövlət büdcəsində ayrılan maliyyə vəsaiti  DSMF borcuna və ya digər borcların silinməsinə deyil, məhz bələdiyyənin inkişafına xidmət edən layihələrin icrasına yönəldilsin.

Çöx təəssüf ki, əvvəlki illərdə bir sıra bələdiyyələrdə çalışmış sədrlərin məsuliyyətsizliyi ucbatından  bəzən ayrılan dotasiya DSMF borcuna silinir. Ancaq bütün hallarda çalışmaq lazımdır ki, bələdiyyənin hər hansı bir quruma borcu yaranmasın. Bunun üçün bələdiyyənin vergi xidmətinin üzərinə çox ciddi məsuliyyət yükü düşür.   

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər