Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-02-2026 , 12:40

147

Son xəbərlər

Bütün xəbərlər
Bu gün onun günüdür
Bakı
23-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Aqil Heydərov: Kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artımlar müşahidə olunub

“Saatlı bələdiyyəsinin uğuru kollektivin bir məqsədə xidmət etməsi ilə bağlıdır”- bu fikirləri Belediyye.infoya açıqlamasında Saatlı bələdiyyəsinin sədri Aqil Heydərov deyib. Bu gün Saatlı bələdiyyəsinin kollektivinin fəaliyyəti üçün hər bir şərait yaradılıb. Ötən bir il ərzində  bələdiyyənin fəaliyyəti üçün həm inzibati bina, həm texniki təchizatla yanaşı,  həm də bələdiyyə qulluqçularının hazırlığı və maarifləndirilməsi ilə bağlı ciddi addımlar atılıb.

Sədr əlavə edib ki, son seçkilərdən sonra Saatlı bələdiyyəsinə iki bələdiyyə Qazanbatan və Mollavaizli bələdiyyələri birləşdirilib.

Bu gün kollektivin birgə səyi ilə büdcə gəlirlərində ciddi artımlar müşahidə olunub.  Xüsusəndə BAMS proqramının verdiyi imkanlardan istifadə edərək artımın səviyyəsi bir xeyli artıb. Belə ki, 2024- cü ilin yanvar ayı ilə müqayisədə cari lin yanvar ayında büdcə gəlirlərində 5 dəfəyədək artım müşahidə olunub.

Sədr 2024-2026 -cı illərin yanvar ayında əldə olunan müəyyən rəqəmlərə toxunub.

Sədr qeyd edib ki, 2024-cü ilin yanvar ayında  3.464 manat, 2025-ci ilin  yanvar ayında 6.857 manat əldə edilmişdirsə, 2026-cı ilin yanvar ayında  20.284 manat əldə olunub.  Hazırda bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərində ciddi irəliləyişə nail olmaqla əvvəlki illərdən yaranmış DSMF və digər borcların bağlanılmasıdır. Artıq yaxın günlərdə mövcud olmuş borcların tamamilə bağlanılması nəzərdə tutulub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər