Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-06-2026 , 00:51

62

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: “Bələdiyyə hər zaman  müraciətlərin operativ həll edilməsinə calışır”


“Bu gün hər bir bələdiyyənin əsas vəzifəsi vətəndaşı narahat edən məsələnin həllinə çalışmaqla ərazidə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaq olmalıdır”- bu sözlərinə Belediyye.infoya Zaqatala rayonu, Muxax bələdiyyəsinin sədri Elvin Yusubov deyib.

Sədrin sözlərinə görə, 26 may 2026-cı il tarixdə yağan leysan yağış bələdiyyənin inzibati ərazisinə daxil olan  Zəyəm kəndində vətəndaşların istifadə etdiyi yolu tam yararsız vəziyyətə  salmışdı. Vətəndaşların bələdiyyəyə müraciəti əsasında dərhal reaksiya verilmiş, əraziyə baxış keçirilmiş,  yolun bərpa edilməsi üçün texnika cəlb edimiş və yol yararlı vəziyyətə salınaraq vətəndaşların istifadəsinə verilmişdir.

Zəyəm kəndnin sakinləri onları narahat edən məsələnin operativ həll etdiklərinə görə bələdiyyə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sakinlərlə görüşən sədr bildirib ki, bələdiyyə hər zaman müraciətlərin operativ həll edilməsinə calışır və bundan sonra da çalışacaqdır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər