Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-09-2025 , 00:44

1283

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Milli QHT Forumunun Bəyanatı:


5 il əvvəl - 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu “Dəmir Yumruq əməliyyatı” kimi dünya hərb tarixinə düşən əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə ərazilərimizin işğaldan azad olunması ilə nəticələndi, milli ləyaqət nümunəsinə çevrildi.

27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür. Şəhidlərimizin hünəri və qanı bahasına yazılan bu zəfər tarixi ədaləti təmin etdi, regional güc balansını Azərbaycanın xeyrinə dəyişdi, gələcək nəsillərə təhlükəsizlik və tərəqqi miras qoydu.

Biz fəxr edirik ki, şəhidlərimiz 44 günlük müharibənin gedişində Gəncə, Tərtər və Bərdə rayonlarında dinc əhaliyə qarşı raket hücumlarının qisasını döyüş meydanında aldı. Biz bundan sonra da şəhidlərimizin şərəfli həyat yolunu öyrənəcək və öyrədəcək, onların tarixi missiyasını unutmayacağıq.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzü, 2023-cü il 19-20 sentyabr tarixində keçirilən əməliyyat dövlət suverenliyimizi tam bərpa etdi.

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələrinin icrasına nail oldu. Hazırda azad edilmiş ərazilərdə dünyada bənzəri olmayan geniş bərpa və quruculuq işləri aparılır, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı həyata keçirilir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə – suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına sadiq qalaraq, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində

qətiyyətli addımlar atır. Bu ilin 8 avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzaladıqları Birgə Bəyannamə tarixi əhəmiyyət kəsb edir. Bu sənəd Azərbaycanın əsas ərazisi ilə Naxçıvan bölgəsi arasında maneəsiz bağlantının – Zəngəzur dəhlizinin reallaşmasını da təmin edəcək.

Bütün bunlar həm də şəhidlərimizin fədakarlığı, müharibə veteranlarımızın əzmi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti, yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev müharibənin qalibi olduğu kimi, sülhün də müəllifidir.

Azərbaycan QHT-ləri qəhrəman şəhidlərimizin ailələrinə bundan sonra da müqəddəs əmanət kimi yanaşacaq.

Azərbaycan QHT-lərinin çətir təşkilatı olan Azərbaycan Milli QHT Forumu şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, onların ruhu qarşısında baş əyir.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Deputatların bələdiyyələrə münasibəti

Gündəlik Xəbərlər
14-02-2026
573

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
419

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
401

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
306

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
480

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
307

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
463

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
663

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
424

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
750