Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüş keçirilib
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüş keçirilib.
Səmimi qarşılanma mərasimində qonaqları QMİ-nin sədri,
şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
Görüşdə İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət
Babaoğlu, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş
Komissiyasının və Allahverdi İcmasının sədri Vahid Novruzov, Qadınlar Şurasının
sədri, millət vəkili Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, Keşkənd
İcmasının sədri, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini, Qərbi
Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı,
Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov, Nərimanov rayon nümayəndəliyinin
və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, tədqiqatçı-alim Səbuhi
Hüseynov, Qadınlar Şurasının üzvü, ADPU-nun Filologiya fakültəsinin dekanı
Könül Həsənova və mətbuat katibi Lamiyə Əhmədova İcmanı təmsil ediblər.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədr müavini Sahib Nağıyev, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri
Fazil Mustafa, deputatlar Fariz İsmayılzadə, Anar İsgəndərov, Cavanşir Paşazadə
və Qüdrət Həsənquliyev iştirak ediblər.
Söhbət zamanı qonaqlar ali din rəhbərinə təqdim olunub.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Ulu Öndərlə bağlı xatirələrini
bölüşərək bildirib ki, Qərbi Azərbaycan məsələsi həm də dini-mənəvi irsimizin
qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir və dini dəyərlərimizə hörmət
prinsipi baxımından bu məsələdə baş verənlər qəbuledilməzdir. O, erməni kilsəsinin
barışdırıcı mövqe sərgiləmək əvəzinə dini dəyərlərə zidd addımlar atmasını qətiyyətlə
pisləyib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili
Əziz Ələkbərli isə çıxışında Qərbi Azərbaycanda mövcud olmuş dini məbədlərimizin
və qəbiristanlıqlarımızın dağıdılmasının təkcə maddi-mədəni irsə deyil, bütövlükdə
bəşəri dəyərlərə və insanlığa qarşı yönəlmiş təhlükə olduğunu diqqətə çatdırıb.
Görüş QMİ-nin akt zalında keçirilən konfransla davam edib.
Rəylər
0 Rəy