Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 22:03

144

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Təmraz Tağıyev: “”Bələdiyyə günü””nün  təsis edilməsi fəaliyyətimizə əlavə stimul ola bilər”


“Bu gün hər bir  bələdiyyə fəaliyyətində Adminstrasiyasının Bələdiyyələrlə iş sektorunun, Ədliyyə Nazirliyinin müvafiq qurumlarının dəstəyini hiss edir. Qanunvericilik bazasının ardıcıl təkmilləşdirilməsində isə Milli Məclisin Regional məsələlər Komitəsinin danılmaz xidməti vardır.  Bu qurumlar bələdiyyə sahəsində idarəetmənin səmərəliliyinin artırılmasına, bələdiyyələrin institusional potensialının güclənməsinə və fəaliyyət istiqamətlərinin genişlənməsinə mühüm töhfə verməkdədirlər. Bu gün bələdiyyələrin fəaliyyəti ilə bağlı qəbul edilmiş çoxsaylı qanunlar, əsasnamələr və normativ hüquqi aktlar dövlətin yerli özünüidarəetməyə göstərdiyi sistemli qayğının bariz ifadəsidir”- bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında deyib.

Assosiasiya sədrinin sözlərinə görə, 2025-ci ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, onların fəaliyyətinin təşkilinə metodoloji dəstəyin gücləndirilməsi Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin və regional idarələrin diqqət mərkəzində olmuşdur. Bu qurumların bələdiyyələrə olan münasibəti  son iki il ərzində bir  xeyli müsbət istiqamətdə dəyişmişdir. Göründüyü kimi, hesabatda daha çox pozitiv məqamlar da yer alıb. Bütün bunlarla yanaşı bələdiyyələrin büdcə gəlirlərinin artması, bununlada  formalaşdığı ərazilərdə vətəndaş məmnunluğunun təmin edilməsi hər bir bələdiyyədən büdcə gəlirlərinin artırılmasını tələb edir. Lakin hər bir rayonda, o cümlədən Nərimanov rayonun sənədsiz əmlakların mövcudluğu nəticə etibarilə bələdiyyənin büdcə gəlirlərinin artımına neqativ təsir göstərməkdədir. Sənədsiz əmlakların sənədləşdirilməsi ilə bağlı addımların atılması nəticədə bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb ola bilər.

Bununla yanaşı 26 illik fəaliyyəti dövründə “Bələdiyyə günü” təsis edilməsi bələdiyyələrin fəaliyyətinə əlavə stimul ola bilər. Bu gün hər bir peşə sahibi ilə bağlı peşə bayramının təsis edildiyini nəzərə alsaq, odur ki, bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac vardır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
132

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
142

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
116

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
347

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
187

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
353

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
548

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
352

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
652