Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-01-2026 , 11:33

553

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Bu gün bələdiyyə sədri fəaliyyəti dövründə uğura imza atmaq niyyətindədrisə ilk növbədə bələdiyyə-icra münasibətlərinə diqqətlə və həssaslıqla  yanaşmalıdır. Deyim ki, siyasi rəhbər yerində olarsa bu uğura daha tez nail olmaq olur. Gəlin etiraf edək ki, bu həm də günün reallığıdır.   

Müşahidələrə əsaslanaraq belə qənaətə gələ bilərik ki, 2025-ci ildə büdcə gəlirləri 100 min manatı keçən kənd, qəsəbə və şəhər bələdiyyələri  sədr başda olmaqla kollektivin birgə səyi ilə yanaşı, həm də rayonun siyasi rəhbərinin dəstəyi ilə bu uğura imza ata biliblər.

İndiki reallıqda bələdiyyə-icra münasibətləri sivil münasibətlər üzərində qurularsa, həmin bələdiyyə həm ciddi layihələri icra etmək, həm də büdcə gəlirlərini artırmaq şansı qazanır. Bu gün  Sumqayıt, paytaxtın Səbail,  Nərimanov, Nəsimi, Binəqədi, Xətai, Yasamal,  Sabunçu, Suraxanı, Gəncənin Kəpəz və Nizami, rayonlardan  Ağcabədi, Salyan, Yevlax, Saatlı, Masallı, Sabirabad, Qax, Cəlilabad, İmişli, Bərdə,  Şabran, Siyəzən və Şəmkir bələdiyyələrinin uğurları göz önündədir. Bu uğura imza atan və yuxarıda  adları çəkilən bələdiyyələrin təmsil etdikləri şəhər və rayon icra hakimiyyətlərinin başçılarının birbaşa dəstəyi ilə həmin ərazidə  çəki və nufuz sahibidirlər. Bu dəstəyi göstərməklə elə də ciddi səlahiyyəti qalmayan  siyasi rəhbərlər həm də öz nüfuzlarını artırmış olurlar.  

Əlavə edim ki, ölkəmizdə 74 şəhər, ümumilikdə isə 685 bələdiyyə formalaşdırılıb.  

Maraq doğuran məqam ondadır ki, bu fikirləri digər 50- ə yaxın rayon haqqında söyləyə bilmirik.

Çünki həmin rayonların siyasi rəhbərləri bütün hallarda bələdiyyələri bir qurum kimi qəbul etmir və hətta həyata keçirilən layihələrin əsas icraçısı bələdiyyə olsa da,  paylaşdıqları məlumatlarda bələdiyyənin adını bir cümlədə belə çəkməyə əziyyət çəkirlər. Çünki siyasi rəhbərlərdəki qısqanclıq hissi hələ də onlardan getməyib.

Necə ola bilər siyasi rəhbər bələdiyyələrdən torpaq ayrılması ilə üçün tələb olunan  rəylə bağlı müraciətlərə yalnız özünün şəxsən “tanıdığı” və əlaqə saxladığı sədrlərə müsbət cavab verir?

Niyə son beş ildə bir  bələdiyyənin hansısa marionet məmurun sözü ilə dörd  dəfə bələdiyyə  sədri dəyişməlidir?

Niyə paylaşılan məlumatlarda bələdiyyələrin adları belə çəkilmir? Layihəni maliyyələşdirən bələdiyyə, tədbiri təşkil edən bələdiyyə, əziyyəti çəkən bələdiyyənin kollektivi, amma bir yerdə bələdiyyənin adı çəkilmir.

Niyə vətəndaş qəbullarında hər dəfə bələdiyyə sədrləri “yüklənir”. Əziyyət çəkib bələdiyyəyə dəstək verin, sonra “yükləyin”də. Ayıb deyilmi?

Mən hələ qohum əqrabasını bələdiyyələrə yerləşdirən siyasi rəhbərlərə və məmurlara toxunmuram. Bu ayrı bir yazının mövzusudur.

Bələdiyyələrə bu cür münasibətin göstərilməsi yolverilməzdir, konkret. Bu cür müansibət nəticədə RİH strukturlarının ləğvinə səbəb olacaq.  Yazdim ki, məlumatınız olsun. Struktur dəyişikliyi bu prosesdə atılan ilk addım idi. Növbəti addım da isə.... Nə isə.

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Keçən il 43 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Gündəlik Xəbərlər
09-02-2026
136

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026
147

Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?


Gündəlik Xəbərlər
09-02-2026
120

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
348

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
188

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
354

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
552

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
352

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
654