Sağlam təməl üzərində qazanılan böyük uğur
(Sumqayıt bələdiyyəsinin hesabat təqdimatı barədə)
Dünən
Sumqayıt bələdiyyəsi hesabatını təqdim etdi. Əslində sadə görünən bir təqdimatın
arxasında günlərlə, aylarla görülən işlər dayanır. O işlər ki, onların icrası həm
də vətəndaş məmnunluğunun təminatı deməkdir.
Uzun
illərdən bəri tədqiqat apardığım, bələdiyyə sisteminin hansısa bir formada uğur
qazanması üçün az qala “dəridən qabiqdan” çıxan bir kimi deməliyəm ki, dünənki
təqdimat elə təşkil edilmişdi ki, orda hansısa bir formada tənqidə yer
qoyulmamışdı. Hər bir addım- banerlərdən tutmuş, qonaqların və seçicilərin yerləşdirilməsinədək
davam edən proses zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi.
Sözsüz
ki, bu işlər sədrin və kollektivin birgə əməyinin nəticəsi idi. Ancaq bununla
yanaşı, Adil Xudadatovun üzv və bələdiyyə sədri olaraq təcrübəsi az olsa da, uzun
illər dövlət qulluğunda qazandığı təcrübənin
hazırda çalışdığı sahədə tətbiq etməsi məhz bu uğurun həm də açarı hesab etmək olar.
Bu
gün Sumqayıt bələdiyyəsinin 685 bələdiyyə
sırasında büdcə daxilolmalarına və hətta büdcə xərclərinə görə birinci yeri tutması
etiraf edilməlidir ki, Sumqayıt şəhəri üçün böyük uğur sayılmalıdır. Bu fikir şəhərin
siyasi rəhbəri və həm də Sumqayıt bələdiyyəsinin ilk sədri olmuş Zakir Fərəcovun
fikir idi. Bu gün Sumqayıt bələdiyyəsinin uğurunun kökündə onun bünövrəsinin vaxtı ilə məhz saglam təməl üzərində qoyulduğudan xəbər verir.
Onu
da etiraf edim ki, sədr ilk baxışda təkəbbürlü adam təəsüratını yaratmış olsa da,
əslində az vaxt ərzindəki fəaliyyətini izlədikdə, habelə söhbət etdikcə, həmçinin hesabat zamanı
çıxışını dinlədikcə onun çox sadə və yüksək
intellektə sahib olduğunun şahid oldum.
Sədrin
25 dəqiqəlik hesabatı, Milli Məclis üzvlərindən Hicran Hüseynovanın, xüsusəndə
Mehriban Vəliyevanın “sinədəftər” şəkildə bələdiyyə sədrinin hətta səsləndirdiyi
fikirlərə anındaca münasibət bildirməsi, Tahir Mirkişilinin bələdiyyəyə verdiyi
tövsiyələr diqqəti çəkən məqamlardan idi.
Azərbaycan
Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin
səmimi notlara söykənən çıxışı da tədbirə əlavə rəng qatdı.
Sözsüz,
son sözlə çıxış edən şəhər icra hakimiyytinin
başçısı Zakir Fərəcovun mükəmməl çıxışı, Sumqayıt bələdiyyəsinin 25 illik fəaliyyətinə
faktlara söykənməklə qiymət verməsi diqqətimdən
yayınmadı. Bələdiyyənin hazırki durumuna
söylədiyi təklif və tövsiyələri sırasında isə bələdiyyəyə mülkiyyətə sahib
olmalarlnın vacibliyini xüsusi olaraq diqqət
yetirməklə, həm də bələdiyyə kollektivinin üzərinə böyük məsuliyyət yükü qoymuş oldu. Əslində hər bir bələdiyyə əldə etdiyi büdcə gəlirləri ilə özünə dayanıqlı
maliyyə mənbəyini yaratmağa borcludur. Təqdimatdan o da məlum oldu ki, Sumqayıt
bələdiyyəsi də bu istiqamətdə yollar
axtarışındadır.
Beləliklə,
hesabat tədbirinin təşkili, siyasi rəhbər tərəfindən qaldırılan bəzi məsələlərə yerindəcə cavab
verməsi və məsələlərə aydınlıq gətirməsi ilə ortaya bir səmimiyyət abu-havası yaratmış
oldu.
Birinci
sıranın ilk yerində AzərTAc-ın əməkdaşı xanım
Ətrabə Rzayeva ilə müəyyən məsələlərdə fikirlərimizin üst-üstə düşməsi isə təqdimatın
təşkilinin müsbət tərəflərindən idi.
Bütün
hallarda Sumqayıt bələdiyyəsi ötən ildə birinciliyi əldə vermədi. Tədbirin
gedişi zamanı siyasi rəhbərin və bələdiyyə sədrinin apardıqları dialoqlar,
siyasi rəhbərin irəli sürdüyü təklif və tövsiyələr ondan xəbər verir ki, Sumqayıt
bələdiyyəsinin hələ növbəti illərdə də birinciliyi əldən vermək fikri yoxdur.
Bizə
isə belə məqamda bələdiyyə kollektivinə yalnız uğurlar arzulamaq qalır.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy