Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-01-2026 , 10:38

649

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Bu addımın atılması bələdiyyəni kənar təsirlərdən xilas edə bilər

Bu gün bələdiyyələrin üzləşdiyi problemlərdən biri də bələdiyyə qulluğuna işə qəbulla bağlıdır. Bu prosesdə  bələdiyyənin  ştat cədvəlinin bəzi hallarda hansısa kənar təsirlər hesabına dəyişdirilməsi  bələdiyyə sədrlərini  həqiqətən narahat edən məsələlər sırasındadır.

Məlumdur ki, ştat cədvəli bələdiyyənin iclasında təsdiq edilərək qüvvəyə minir, məhz bu sənədə istinadən bələdiyyənin perspektiv fəaliyyət proqramı cızılır. Hər bir bələdiyyə öz maliyyə imkanları çərçivəsində hərəkət edərək işçi axtarışında olur.  Lakin problem ondadır ki, bir çox hallarda kənar təsirlər səbəbindən ştat cədvəli mütəmadi olaraq dəyişikliyə məruz qalır və nəticədə  əməkhaqqına ödəniləcək vəsaitin həcmi də artır. Qanunverciliyin tələbinə görə, əməkhaqqı fondunun həcmi bütün hallarda büdcə gəlirlərinin həcminin 50 faizini keçməməlidir. Duzdür, qanunun bu tələbi bələdiyyələr tərəfindən, çətin də olsa, gözlənilir. Kənarlaşmalara az rast gəlinir. Lakin bu gün rayon bələdiyyələrinin ştat cədvəlinə fikir versək görərik ki, bir çoxlarında işçi sayı  reallığı əks etdirmir. Və bu da səbəbsiz deyil.

Söhbət ondan gedir ki, bu gün hər bir bələdiyyədə sədrin rəhbərliyi ilə formalaşan müsabiqə komissiyalarının fəaliyyəti gözə çarpmır. Bu da öz növbəsində kənar təsirlərin yer almasına səbəb olur.  Belə ki, bələdiyyə qulluğuna   yaramayan kadrlar işə götürülür, bəzən də işə götürülən, xüsusəndə, sabiq məmurlar RİH-də fəaliyyətini davam etdirsələr də, əməkhaqqlarını bələdiyyədən almalı olurlar. Ən əsası bu adamların bələdiyyəyə hər hansı faydası olmur. Yəni bələdiyyəyə əlavə yük olurlar. Bələdiyyə rəsmiləri isə məhz kənar təsirlər səbəbindən  bu ağır yükdən azad ola bilmir.

Ciddi şəkildə müşahidə aparsaq büdcəsi yüz min manatdan artıq olan bələdiyyələrdə  rayonun siyasi rəhbərlərinin, icra aparatı rəsmilərinin “tövsiyəsi” ilə onlarca insanın müsabiqədən kənar işə götürüldüyünün şahidi olarıq. Əməkhaqqı alan bələdiyyə üzvləri sırasında və bələdiyyə qulluğunda belə hallara paytaxt bələdiyyələrində də  az sayda olsa da rast gəlinir.

Adın işdə gedir, işə gəlmirsən, amma əməkhaqqı alırsan. Maraqlıdır, o pulu bələdiyyədən alan şəxs heç vicdan əzabı çəkirmi? İl ərzində aldığı əməkhaqqına  yaşayış məntəqəsində kifayət qədər daha vacib layihələri icra etmək olardı. Nə isə....  Mətləbdən uzaqlaşmayım.

Söhbət ondan gedir ki, proses qanunvericilik qaydasında tənzimlənsə bələdiyyə sədrləri də bu ağır yükdən azad olmuş olar və büdcədə yaranmış əlavə maliyyə vəsaiti hesabına ərazilərdə ciddi layihələr icra olunar. Mən hər hansı formada hansısa siyasi rəhbərin və ya icra aparatı rəsmilərinin “tövsiyəsi” ilə işə qəbul  edilən şəxslərin əleyhinə deyiləm. Ancaq bu şəxslər işə qəbul olunursa, demək çalışdığı bələdiyyəyə də faydası olmalıdır. Ümumiyyətlə, indiki dövrdə hər bir bələdiyyə sədri ştat cədvəlinin yığcam olmasına çalışmaqla, bələdiyyədə əməkhaqqı səviyyəsinin artmasına daha şox səy göstərməlidir. İcra hakimiyyətində və ya hansısa digər məkanda çalışıb, amma bələdiyyədən əməkhaqqının alınması konkret olaraq yolverilməzdir.

Əlavə edim ki, bu mövzu dəfələrlə Milli Məclisin həm Plenar iclasında,  həm də regional məsələlər komitəsində müzakirəyə çıxarılıb. Lakin sonadək gedilməyib.

Məhz bu səbəbdən təklif edərdim ki, Milli Məclis səviyyəsində bələdiyyələrin nümunəvi ştat cədvəlinin əsasnaməsi müzakirəyə çıxarılsın və  kənd, qəsəbə və rayonlar üzrə, habelə əhalinin sayına görə ştat cədvəlində işçilərin sayı nəzərə alınsın. Bu addımın atılması ilk növbədə bələdiyyə də lazımsız ştatların ləğvinə, həm büdcə vəsaitlərinin qənaətinə,həm də  digər tərəfdən əməkhaqqlarının artımına səbəb ola bilər.  Bu prosesdə bələdiyyə qulluğuna qəbulla bağlı formalaşdırılan müsabiqə komissiyaların tərkibi ilə bağlı məlumatlarda daim  ictimaiyyətə açıq olmalıdır. Bələdiyyədə işə qəbulla bağlı elanı müvafiq media orqanlarında, o cümlədən özlərinin sosial media hesablarında paylaşılmasına diqqətlə yanaşmalıdırlar. Son bi neçə ildə işə qəbulla bağlı yalnız bir neçə bələdiyyənin elanına rast gəlinib.

İnanıram ki, Milli Məclisin müvafiq komitəsində qaldırılan məsələlərin müzakirəsi  diqqətdə saxlanılacaqdır.

Gəlin etiraf edək ki, bu gün yerlərdə bələdiyyə  sədrlərinə ixtisara düşmüş sabiq məmurların bir çoxunun işlə təmin edilməsi “tövsiyə” edilir. Hətta bir bələdiyyəyə eyni anda dörd sabiq məmurun işlə təmin edilməsi  “tövsiyə” olunmuşdu. Bu “tövsiyə”nin isə necə baş verdiyini hər kəs yaxşı bilir. Nə isə...

Yekun olaraq qeyd edim ki, bütün hallarda irəli sürülən təkliflərin qəbulu sədrləri kənar təsirlərdən, bələdiyyələrdə isə orta aylıq əməkhaqqının artmasına və əlavə layihələrin icrasına bir növ  şərait yaratmış olacaqdır.

Sözsüz ki, bələdiyyə qulluğuna yalnız bələdiyyəyə fayda verə biləcək insanların qəbulu daha məqsəduyğun olmaqla, həm də  hər kəsin ürəyincə olardı.  

Hər halda düşünməyə dəyər....    

Vüqar Tofiqli

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
126

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
515

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
614

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
494

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
929

Bu gün Prezidentin doğum günüdür

Gündəlik Xəbərlər
24-12-2025
872

Mədəni irsin qorunması ilə bağlı yanlışlar

Gündəlik Xəbərlər
23-12-2025
540

Cari ildə bələdiyyələrə subvensiya niyə ayrılmadı?

Gündəlik Xəbərlər
21-12-2025
545

Geriyə baxanda... 

Gündəlik Xəbərlər
17-12-2025
701