Azərbaycanda nə qədər qadın bələdiyyə üzvü var?
Bələdiyyə seçkiləri nəticəsində 682 bələdiyyə (3 bələdiyyə
üzrə seçki nəticələri etibarsız hesab edilib) üzrə 8 039 bələdiyyə üzvü
seçilib.
Trend-in məlumatına görə, bu məlumat Milli Məclisin Regional
məsələlər komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il
üzrə illik məruzəsində öz əksini tapıb.
Bildirilib ki, əvvəlki seçkilərdə olduğu kimi, yeni seçilən
bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib.
Belə ki, qadınların sayı 3 148 nəfər (39 %), gənclərin sayı
isə 2 007 nəfər (25 %) olub.
https://az.trend.az/azerbaijan/society/4150327.html
Rəylər
0 Rəy