Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-09-2025 , 16:23

1110

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirildi - FOTOLAR


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 17 sentyabr 2025-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.

Bu barədə Modern.az-a Komitədən məlumat verilib. 

Dövlət Komitəsi sədrinin 15 aprel 2025-ci il tarixli əmri əsasında seçki komissiyası yaradılıb. Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası seçkiləri təşkil edib. 

16 namizədin sənədləri rəsmi qeydiyyata alınıb. Seçki prosesinin sonunda səslər komissiya üzvləri tərəfindən hesablanıb. Seçkilərin şəffaflığını təmin etmək məqsədi ilə şəffaf seçki qutuları qoyulub. Seçkilərin nəticəsinə əsasən, aşağıdakı şəxslər İctimai Şuranın yeni üzvləri seçiliblər:

1.“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri – Anar Xəlilov 

2."Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri – Hafiz Səfixanov

3.Qərbi Azərbaycan İcmasının təşəbbüs qrupundan namizəd – Rufik İsmayılov 

4.Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Babək Aslanov 

5.Cəbrayıl rayonu Qarabağ müharibəsi veteranlarının təşəbbüs qrupundan namizəd – Səbuhi Hüseynov 

6.Xankəndi şəhəri məcburi köçkünlərin təşəbbüs qrupu tərəfindən namizəd,

hüquqşünas – Səbuhi Səmədov 

7.“Türküstan” Media Qrupunun rəhbəri – Aqil Camal 

8.Odlar Yurdu İctimai Birliyinin üzvü – Həcər Əkbərova 

9.Ağdərə rayonundan məcburi köçkünlərin təşəbbüs qrupunun namizədi,

Azərbaycan Dillər Universitetinin müəllimi – Qorxmaz Mustafayev 

10.Regional Gender Mərkəzi İctimai Birliyinin sədri – Şərqiyyə Dadaşova 

11."Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi – Fəridə Cabbarova











Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
322

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
486

Bələdiyyə icra-münasibətlərində Masallı təcrübəsi

Gündəlik Xəbərlər
30-06-2026
689

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026
514

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026
718