Anar Xəlilov: “Bu təxribatları yaradanlar yalnız vətəndaş qarşıdurması yaratmaq istəyirlər”
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov QHT.az-a açıqlamasında “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən köçürülmə və bərpa prosesinə dair fikirlərini bölüşüb.
Onun sözlərinə
görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam
edir, infrastruktur layihələri icra olunur və yaşayış məskənləri yenidən
qurulur. Buna uyğun olaraq da növbəli şəkildə keçmiş məcburi köçkünlər öz
yurdlarına geri qaytarılır:
"Burada
da əsas olaraq ilk növbədə ağır şəraitdə yaşayanlar, yataqxana, sanatoriya
binalarında məskunlaşanlar, digər şəxslərin mənzillərini müvəqqəti tutanlar
köçürülür. Bu ardıcıllıqla köç prossesi aparılır və tikilən evlər püşkatma
vasitəsilə verilir. Komitə yanında İctimai Şura olaraq bu prossesi yaxından izləyirik.
Prosses ədalətli, şəffaf və qanuna uyğun aparılır. Komitə yanında İctimai
Şuranın üzvləri QHT-dan və Qarabağ müharibəsi iştirakçılarından ibarətdir. Bu isə QHT- nın bu prossesdə yaxından
iştirakına böyük imkan yaradır. Eyni zamanda nəzərə almalıyıq ki, İctimai Şura
ölkəmizdə fəaliyyət göstərən digər Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri
ilə də sıx işləyir. Bu bizlərə imkan verir ki, Vətəndaş cəmiyyəti institutları
da yaxından bu prossesə öz töhfələrini versin. Biz hər zaman bizə müraciət edən
QHT-nın nümayəndələrinə Komitə ilə əməkdaşlıq etməyə köməklik edirik. Komitə rəhbərliyi
də bunu dəstəkləyir və əməkdaşlığa hazırdır. Sadəcə bəzən QHT-nın bəzilərinin
müraciətlərinin məzmununa diqqət edəndə daha çox şəxsi xarakterli və ya yeni
dövrün tələbləri ilə uzlaşmayan müraciətlər olduğuna rast gəlirik. Mən demirəm
şəxsi müraciətlər olmaz sadəcə qanuna uyğun olmalıdır. Bu gün bizim Vətəndaş cəmiyyəti
institutlarından daha çox gözləntimiz sosial xarakterli layihələrdir".
Anar Xəlilov
qeyd edib ki, əfsuslar olsun ki, gəlin müşahidə edək daha çox o ərazilərə getmək,
orada hər hansısa humanitar xarakterli layihələr keçirilməyə üstünlük verilir:
"Bu
da lazımdı etiraz etmirəm. Amma düşünürəm ki, sosial-iqtisadi layihələrə
üstünlük vermək lazımdır. Söhbət xırda layihələrdən getmir. Bilirik ki, büdcəsi
daha çox olan layihələri də QHT- ı icra edir bu layihələri ora yönləndirmək
lazımdır. Kiçik sahibkarlığın yaradılmasında QHT-nın köçən əhaliyə böyük dəstəyi
ola bilər. Bu sahədə ixtisaslaşmış QHT-ə var. Amma nədənsə bu prossesdə mən
onları az görürəm. Bəlkə də var amma təbliğatları zəifdir ya da əməkdaşlığa
maraqlı deyillər. Hesab edirəm ki, xarici investisiyaların da cəlb edilməsində
QHT-nın rolu olmalıdır. Əgər prosses şəffadırsa, qanuna zidd heç nə yoxdursa
onların bu sahədə fəaliyyətlərində heç bir məhdudiyyət yoxdur. Əksinə bununla
biz "Böyük Qayıdış" prossesinə böyük təkan verərik. Nəzərə almaq
lazımdır ki, Dövlətimiz bu gün bərpa prossesini öz gücü ilə tək aparır. Fürsətdən
istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar sosial şəbəkələrdə
məcburi köçkünlərlə bağlı təxribat xarakterli bir çox çıxışlar baş veri. Açıq
deyirəm bu təxribatdır. Hüquq mühafizə orqanlarına bunu araşdırmağı mən də öz
növbəmdə xahiş edirəm. Yuxarıda mən köç prossesinin ardıcıllığını izah etdim.
Buna uyğun olaraq da köç aparılır və heç kim də köçməkdən imtina etmir. Dünən də
izlədiz ki, ilk dəfə olaraq 10-yaxın yaşayış məskənlərimizə köç eyni vaxtda
oldu. Cənab Prezident özü onların qonağı oldu və bu kəndlərdə gedən işlərlə
tanış oldu. Yeni qəsəbənin təməlini qoydu. Bərpa işləri sürətlə gedir köç davam
edir.
Bu təxribatların
isə heç bir cavabı yoxdu Əvvəla köçkünlər də Azərbaycan vətəndaşıdır və
konstitusiya uyğun olaraq hüquqları hamı ilə bərabərdir. Evləri hazır olanda da
köçürürlər. Getməsələr belə əgər evi tikilibsə öz hüququdur amma məskunlaşdığı
mənzili dərhal təhvil verməlidir. Qanun bunu deyir və buna da əməl olunur. Kim əməl
etmirsə məhkəməyə verilir. Yoxsa kiminsə bundan istifadə edib özünə tribuna
qazanmasına və ya təxribat aparmasına ixtiyarı yoxdur və məsuliyyət daşıyır.
Biz hüquqi dövlətdə yaşayırıq hər bir məsələnin hüquqi həlli var. Bu təxribatları
yaradanlar ancaq vətəndaş qarşıdurması yaratmaq niyyətində olan şəxslərdir".
Anar Xəlilov
sonda arzu edib ki, bərpa işləri daha da sürətlənsin və keçmiş məcburi köçkünlər
doğma yurdlarına sevinclə qayıdaraq illərdir onları dəstəkləyən yerli sakinləri
yeni evlərində qonaq etsinlər:
"Köçkünlər
uzun illər məskunlaşdığı ərazilərdə yerli vətəndaşlarla mehriban yaşayıb və
yerlilərə onlara dəstək göstərdiklərinə görə daim minnətdardılar. Eyni zamanda
keçmiş köçkünlər həmişə Dövlət qayğısında da olublar. Arzu edirəm ki, yaşayış məskənlərimiz
tezliklə daha sürətlə bərpa olsun və köçkünlərimiz söz-söhbətsiz sevinclə öz
yurdlarına qayıdıb onları xoş qarşılamış yerliləri öz evlərinə qonaq dəvət
etsinlər".
Pərvanə Fərhadqızı
QHT.az
Rəylər
0 Rəy