Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-09-2025 , 08:25

1145

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT Qəbələ rayonunda keçirdiyi layihəni uğurla başa çatdırıb

""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi  Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına yekun vurub" - bu fikirləri adıçəkilən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.

Qeyd edək ki, ""Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaq idi.

Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda  yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı  ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda  keçirilən  görüşlər Mədəniyyət  və Ədliyyə nazirliyinin  nümayəndələrinin iştirakı ilə aparılıb. Altı bələdiyyədə -Qəbələ, Nohurqışlaq, Vəndam, Zaragan, Nic və Mıxlıqovaq bələdiyyələrində qulluqçuların və yuxarıda adıçəkilən qurumların rəsmilərinin iştirakı ilə keçirilən görüşlərdə ciddi fikir mübadiləsi aparılmış, təkliflər səslənmiş, bir sıra abidələrə birgə baxış keçirilmişdir.

Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx da hazırlanıb. Video çarxa Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun dəyərli rəy  də verib. Hazırlanan sosial çarxın müasir texnologiyaların imkanlarından istifadə edilərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanması da nəzərdə tutulur.

Sədr layihənin uğurla başa çatmasında göstərdiyi dəstəyə görə Ədliyyə və Mədəniyyət Nazirliiynə, Qəbələ RİH-ə və Vəndam bələdiyyəsinə öz təşəkkürünü də bildirməyi unutmayıb.

""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Suleyman Mikayılovu bu şəxs əvəz edəcək

Gündəlik Xəbərlər
02-02-2026
332

2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur

Gündəlik Xəbərlər
02-02-2026
174

Qaradağın icra başçısı vəzifəsindən azad edildi

Gündəlik Xəbərlər
30-01-2026
337

Bu sözləri niyə onlar barəsində demək olmur? CİDDİ

Gündəlik Xəbərlər
28-01-2026
525

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026
342

Sağlam təməl üzərində qazanılan böyük uğur

Gündəlik Xəbərlər
22-01-2026
639

“Onu bir aydan sonra vəzifəsindən çıxartmışam”

Gündəlik Xəbərlər
06-01-2026
694

JEK"lər ləğv edilməyək.....

Gündəlik Xəbərlər
05-01-2026
566

Söz versə də,...

Gündəlik Xəbərlər
30-12-2025
1008