Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-03-2025 , 17:05

261

Son xəbərlər

Bütün xəbərlər

Mingəçevir bələdiyyəsi daha bir layihəni icra edib

Azərbaycan Bələdiyyələri
16-03-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Allah rəhmət eləsin!

Bakı
- +

Elşad Vəliyev: “Xətai bələdiyyəsi tərəfindən 127 şəhid və qazi ailəsinə  ərzaq yardımı təqdim edilib”


 “Xətai bələdiyyəsi Xətai RİH-in təşəbbüsü ilə bu gün  rayonda yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə eləcə də, döyüşlərdə yaralanaraq qazi olan şəxslərin ailələrinə ərzaq yardımı paylayıb”-  bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev bildirib.

Sədr bildirib ki, Xətai bələdiyyəsi daim şəhid və qazi ailələrinin  qayğı və problemləri ilə maraqlanırlar. Xətai bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə  ərzaq yardımı 127 şəhid və qazi ailəsinə təqdim edilib.

Hər bir görüşdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulduğu ailə üzvlərinin diqqətinə çatdırılıb.

Görüşlərdə sədr həmçinin bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunmasını təşkil etmək olduğu ailə üzvlərinin bir daha  diqqətinə çatdırılıb.

Xətai bələdiyyəsinin kollektivi bu nəcib təşəbbüsə qoşulmağı özlərinə borc bilir.

Müqəddəs Ramazan ayı ərzində bələdiyyə bu kimi xeyriyyə aksiyalarının qarşıdakı günlərdədə davam etdirilməsi nəzərdə tutulur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər