Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2026 , 22:16

68

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İradə Ağayeva: “Əsas məqsədimiz sakinlərin problemlərinin həllinə töhfə verməkdir”


Onun sözlərinə görə, hesabat dövründə bələdiyyə iclasları və işgüzar görüşlər keçirilib, qəbul olunan qərarların icrasına nəzarət olunub, büdcə gəlirlərinin formalaşdırılması, torpaq və əmlak vergilərinin yığılması, icarə haqlarının təmin edilməsi, eləcə də maliyyə vəsaitlərinin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılıb. Ehtiyacı olan ailələrə maddi yardımlar göstərilib, vətəndaş müraciətləri araşdırılaraq müvafiq tədbirlər görülüb.

Bələdiyyə sədri qeyd edib ki, kəndlərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də müəyyən işlər həyata keçirilib. Hişkədərə kəndində Şəhid Elşad Ağayev adına küçədə asfalt örtüyü salınıb, Tüklə–Mişkəmi yolunda hamarlama və bərkitmə işləri aparılıb, Tüklə kəndində yolun vəziyyətinin yaxşılaşdırılması üçün çınqıl tökülüb. Miyankü kəndində Şəhid Elvin Mirzəyev adına küçədə asfalt örtüyünün çökmüş hissəsi bərpa olunub. Hişkədərə kənd qəbiristanlığında təhlükə yaradan qəzalı ağac isə müvafiq ekspert rəyinə və qanunvericiliyin tələblərinə uyğun götürülüb.

İradə Ağayeva bildirib ki, torpaq fondunun idarə olunması, icarə münasibətlərinin rəsmiləşdirilməsi, qanunsuz istifadədə olan torpaq sahələrinin müəyyənləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və BAMS informasiya sistemində məlumatların yenilənməsi istiqamətində işlər də davam etdirilir.

Bələdiyyə sədri ərazidə həllini gözləyən məsələlərə də toxunub. Kənddaxili yolların təmiri, suötürücü kanalların təmizlənməsi, məişət tullantılarının vaxtında daşınması, sanitar vəziyyətin yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir.

“Qarşıdakı dövrdə vergi yığımının yaxşılaşdırılması, torpaq və əmlak vergisi ödəyiciləri ilə maarifləndirici işlərin aparılması, torpaq və icarə münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi, eləcə də kəndlərimizin abadlaşdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Əsas məqsədimiz sakinlərin müraciətlərini diqqətdə saxlamaq, onları narahat edən məsələlərin həllinə imkanlarımız daxilində töhfə verməkdir”, – deyə İradə Ağayeva vurğulayıb.

O, həmçinin sakinlərlə mütəmadi görüşlərin keçirilməsinin, onların təklif və müraciətlərinin dinlənilməsinin yerli özünüidarəetmənin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
307